خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, September 29, 2017 Xəbər kodu : 31056

Ayətullah Xamenei həzrətləri əzadarlıq mərasiminin ikinci gecəsində
Şəbistan Xəbər Agentliyi: Ötən gecə Ali Rəhbər Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasiminin ikinci gecəsi keçirilib.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Məhərrəm ayının səkkizinci gecəsinin əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbərinin, həmçinin xalqın müxtəlif təbəqələrinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

 

Dünən gecə məhərrəm ayının səkkizinci gecəsinə təsadüf edirdi. Həmin gecə də öncəki gecədə olduğu kimi, İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə əzadarlıq mərasimi keçirilibdir.

 

Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadəti günlərinin əzadarlıq mərasimi məhərrəm ayının yeddinci gecəsindən on ikinci gecəsinədək, altı gecə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçiriləcək.

 

Dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə) 61-ci hicri qəməri ili, məhərrəm ayının onunda Kərbəlada şəhid olubdur.

 

Xəbəri Azərbayacanın islamyönlü saytları da işıqlandırıb: Ötən gecə Ali Rəhbər Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasiminin ikinci gecəsi keçirilib.

 

Dövlət rəsmilərinin və bir sıra yüksək vəzifəli məmurların da iştirak etdiyi bu mərasimdə Aşura qiyamının müxtəlif aspektləri haqqında danışılıb, daha sonra pak və məsum Peyğəmbər (s) Əhli-Beytinin (ə) məddahları Kərbəla karvanının sarvanı İmam Hüseynin (ə) müsibətini anan mərsiyələr oxunub.

 

Qeyd edək ki, sentyabr ayının 27-sindən (məhərrəm ayının 6-sı) etibarən qeyd olunan bu mərasim məhərrəm ayının 11-inə (oktyabr ayının 2-dək) qədər davam edəcək.

 

http://shabestan.ir/detail/News/659101

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده