خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 27, 2017 Xəbər kodu : 31033

Haqq ordusunun sudan məhrum edilməsi
Məhərrəm ayının 7-ci günü Abdullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazıb imam Hüseynə (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.”

Məhərrəm ayının 7-ci günü Abdullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazıb imam Hüseynə (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.”

Başqa bir məktubda da belə yazdı: “Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.” (“İmamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan, imam Hüseynin (ə) həyatı.)

Ömər ibn Səd dərhal Ömər ibn Həccasın sərkərdəliyi ilə beş yüz nəfərdən ibarət bir qoşunu Fərat çayının kənarında yerləşdirdi və imam Hüseyn (ə) və səhabələrinin sudan istifadə etməsinə mane oldu. Bu qeyri-insani rəftar “Aşura” faciəsindən üç gün öncə baş verdi.

Bu zaman düşmən qoşunundan Abdullah ibn Həsin Əzdi adlı bir şəxs fəryad edərək dedi: “Ey Hüseyn! Bir də bu suyu göy rəngində görə bilməyəcəksən! Bir daha o suadan içə bilməyəcək və nəhayət, susuzluqdan can verəcəksən!”

İmam Hüseyn (ə) buyurdu: “İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!”

Həmid ibn Müslüm deyir: “Aşura faciəsindən sonra, bir gün Abdullah ibn Həsin Əzdinin xəstələndiyini eşidib görüşünə getdim. And olsun Allaha ki, Abdullah ibn Həsin Əzdi o qədər su içirdi ki, qarnı şışır və içdiyi suyu geri qaytarırdı. Bununla belə, susuzluğu yatmır və “Susuzluqdan ölürəm!” – deyə qışqırırdı. Yenə su içir, qarnı şışır, amma sirab olmurdu. O, belə bir vəziyyətdə ikən can verdi.”

ƏLİ ƏSĞƏRİN ŞƏHADƏTİ

Adətən, Məhərrəm ayının 7-ci günü axşamı və 7-ci günü Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş əzadarlıq məclislərində “Kərbəlanın kiçik hacətlər qapısı” həzrət Əliəsğərin rövzəsi deyilir və o həzrətin şəhadətindən danışılır.

Aşura günü imam Hüseynin (ə) dostları və köməkçiləri şəhid olduqdan sonra, o həzrət хеymələrə tərəf gəlib əhli-beytinə buyurdu: “Bəla və müsibət paltarını geyinin, amma səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyirli, düşmənlərinizi isə (dünya və axirətdə) müxtəlif əzablara düçar edəcək.” Sonra xanım Zeynəbə (ə) buyurdu:

ناوِلِينِي وَلَدِيَ الصَّغِيرَ حَتّىٰ أُوَدِّعَهُ

“Südəmər balamı yanıma gətir, onunla vidalaşım.”

İmam Hüseyn (ə) körpə balası Əliəsğəri qucağına alıb öpmək istədikdə, Hərmələ ibn Kahil Əsədi uşağı vurmaq niyyəti ilə bir oх atdı. Oх körpə uşağın boğazına dəydi. Uşaq şəhadətə yеtdi. Həzrət əlini uşağın boğazının altına tutdu, ovucu qan ilə dolduqda, onu göyə səpib dеdi: “Bu müsibətlər mənə asandır, çünki Allah yolundadır və Allah Özü görür. İlahi, əgər dünyada göydən gələn qələbəni bizdən əsirgədinsə, əvəzində o qələbədən də yaxşısını axirətdə bizə nəsib et və bu qaniçən xalqdan bizim intiqamımızı al!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 84)

İmam Baqir (ə) buyurur: “İmam Hüsеyn (ə) Əliəsğərin boğazından aхan qanı göyə atarkən bir damla da olsun bеlə yеrə tökülmədi.”

“Əl-ehticac” kitabında nəql olunur ki, imam Hüseyn (ə) atdan yerə düşdü və qılıncın qını ilə bir çala qazdı. Sonra uşağı öz qanına bulayıb dətn etdi. (Müntəhəl-amal, Şüyx Abbas Qummi, 1-ci cild, səh. 714-715)

Rza Şükürlü

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده