خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, September 22, 2017 Xəbər kodu : 30999
Höccətül-islam vəl-müslimin Ənsariyan:
İmam Hüseynin (ə) mərifəti insanın qəlbindəki ən dəyərli gövhərdir
Şəbistan xəbər agentliyi: Elmiyyə hövzəsinin ustadı İmam Hüseynin (ə) mərifəti insanın qəlbindəki ən dəyərli gövhər olduğunu bildirərək dedi: Əgər bir şəxsin İmam Hüseynə (ə) mərifəti olsa, bütün peyğəmbərlərə və məsum imamlara mərifəti olacaq.

Şəbistan xəbər agentliyi: Ustad və Quran müfəssiri Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan cümə axşamı 30-şəhrivər Həzrət Əbulfəzl hüseyniyyəsində şəhidlər sərvəri İmam Hüseynin (ə) ilk əza məclisində dedi: İnsanlar dünya və axirət səadətinə qovuşmaq üçün mütləq məsum imamlar qarşı mərifət əldə etməlidirlər. O, sonra dedi: İmam Hüseyni (ə) tanımaq peyğəmbərləri və Əhli-beyti (ə) tanımağa səbəb olur. İmam Hüseyn (ə) mərifətin mərkəzi və mehvəridir.

  Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan İmam Hüseynin (ə) mərifəti insanın qəlbindəki ən dəyərli gövhər olduğunu bildirərək dedi: Azğınların azmasının, kafirlərin küfrünün və fasiqlərin fisqinin səbəbi məsum imamları tanımamaqdır. Buna görə də Allah-taala məsum imamları bəşərin hidayəti və nicatı üçün qiblə və düzgün yol etmişdir.

 

  Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan Allah-taalanın insanı azad yaratdığını vurğulayaraq dedi: İslam dini heç bir vacib əməli insana məcbur etməyib. Bəzi əməllər ona görə vacib olunub ki, insanın dünya və axirət səadəti ondadır.
 

Bu məşhur xətib dedi: İnsana vacibdir ki, digər insanları da yumaş sözlərlə ilahi vaciblərə dəvət etsin. Çünki dində heç bir iş ikrahla yerinə yetirməməlidir.

 Bu Quran müfəssiri məsum imamları tanımağın vacibliyini dəlilini belə açıqladı:

Quran insan üçün yeganə qiblə deyil. Bəlkə məsum imamlar Allahın kəlamını izah edən və təfsirçisi təyin edilib.

 

 

http://shabestan.ir/detail/News/657408

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده