خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 17, 2017 Xəbər kodu : 30924

İslamın ailələr üçün iqtisadi resepti
Şəbistan Xəbər Agentliyi: Allah rəhmətin şamil etsin ( mərhəmətini göstərsin) o insana ki, əncam verdiyi işi (həm başa vura) yerinə yetirə və onu möhkəm də yerinə yetirə. (Yəni, həm işi yarımçıq qoymaya və həm də onu möhkəm və sanballı görə).

Bu gün ümumdünyəvi “Ailə günü”dür. Bu münasibətlə, Şəbistan Xəbər Agentliyi olaraq Höccətül - islam vəl - müslimin dr. Mustafapurdan müsahibə aldıq.

 

 

Ruhani islamın ailələr üçün təqdim etdiyi iqtisadi modeldən danışarkən bunları dedi:

 

 

Dinimizin baxışında iqtisadi təməl cəmiyyətin yaşaması üçün mühimdir. Çünkü bu sütunun (iqtisadiyyat dövlət və cəmiyyyətin əsas sütunlarından biridir) zədələnməsi cəmiyyətin və insanın həyatına mənfi təsir göstərəcəkdir.

 

 

Çox təəssüflər olsun ki, biz bu gün toplumumuzda, ictimaiyyət arasinda başqa yanaşmalar ilə üzləşirik. Məsələn, heç bir ölçüyə sığışmayan astonomik ailə xərcləri, israf və ya beytul - maldan şəxsi mənfəətlər üçün istifadələr. Sözsüzdür ki, bunlar cinayət olmaqdan əlav, eyni zamanda da cəmiyyətin iqtisadi inkişafına böyük zərbə vurur. Peygəmbərimiz gözəl bir hədisdə buyurur:

 

Allah rəhmətin şamil etsin ( mərhəmətini göstərsin) o insana ki, əncam verdiyi işi (həm başa vura) yerinə yetirə və onu möhkəm də yerinə yetirə. (Yəni, həm işi yarımçıq qoymaya və həm də onu möhkəm və sanballı görə)

 

 

Əgər biz bu yanaşmnı iqtisadi fəaliyyətlərimizdə özümüzün başlıca devizinə çevirsək, , şübhəsizdir ki, bir çox problemləri adlaya, əngəlləri kənara qoya biləcəyik. Ailələr gəlib - keçən ötəri bər - bəzəyə pul xərcləməməli, aldıgları malın keyfiyyətinə diqqətlə fikir verməlidirlər.

 

http://shabestan.ir/detail/News/655798

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده