خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, September 15, 2017 Xəbər kodu : 30908

İmam Hüseynin (ə) əzası barəsində yazılan şerlər və rozaların sənədi olmalıdır
Şəbistan xəbər agentliyi: Yasuc şəhərinin müvəqqəti İmam cüməsi Məhərrəm ayının yetişməsinə işarə edərək dedi: İmam Hüseynin (ə) əzası barəsində yazılan şerlər və rozaların sənədi olmalıdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin Yasuc şəhərindən verdiyi xəbərə əsasən, Yasuc şəhərinin müvəqqəti İmam cüməsi Seyyid Əli Salih Musəvi Əzəm bu gün (Şəhrivər ayının 24-ü) Cümə namazının xütbələrində Mübahilə hadisəsinə işarə edərək dedi: Mübahilə İslamın önəmli əsaslarındandır.

O, Əhli-beytin (ə) düşmənlərinin tarix boyu bu böyük şəxsiyyətlərin fəzilətinə etiraf etdiklərinə işarə edərək dedi: Mübahilə hadisəsi böyük bir tarixi hadisə və İslamın həqqaniyyət günüdür.

Musəvi Əzəm qeyd etdi ki, Quran ayəsi mübahilə göstərişi ünvanında nazil olaraq, İslamın əziz Peyğəmbərinin (s) bir dəstə məsihi böyüklərinin qarşısındakı həqqaniyyətini sübut etməklə yanaşı, Əhli-beytin (ə) məqam və mənzilətini də hamıya anlatdı.

Yasuc şəhərinin cümə xətibi xatırlatdı ki, məsihilər Peyğəmbərin (s) sözünün düzlüyünə diqqət edərək, ilahi əzabdan qorxduqları üçün mübahilə etməkdən imtina etdilər. Amma Peyğəmbər (s) mübahilə etmək üçün hazır olduğunu bildirərək, İslamın həqqaniyyətini hamıya sübut etdi.

O, sözünün davamında Məhərrəm ayının yetişməsinə işarə edərək dedi: Bu ayda hamı İmam Hüseynə (ə) məhəbbətini elan edir.

Musəvi Əzəm İmam Rahilin "İslamı diri saxlayan Məhərrəm və Səfərdir" cümləsini xatırladaraq dedi: Bu mövzu Aşura inqılabının əhəmiyyət və təsirinin göstəricisidir ki, bu gün dünyanı İslamın və İmam Hüseynin (ə) inqılabının qarşısında diz çökdürüb.

O, mərsiyə və rozanın ümumi təfəkkürə çox böyük təsir etdiyinə işarə edərək dedi: Buna görə də mərsiyə və roza tribunası inanclı şəxslərin əlində olmalıdır.http://shabestan.ir/detail/News/655706

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده