خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, September 14, 2017 Xəbər kodu : 30893

Gürcüstanda “Qurani-Kərim” yeni tərtibatda nəşr olunub
Gürcüstan Müsəlmanları İdarəsinin sifarişi və dəstəyi ilə “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin  sifarişi və dəstəyi ilə “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

Şəbistan.az-ın APA-ya istinadla məlumatına əsasən, ötən ilki nəşrdən fərqli olaraq yeni çap olunan kitabların özəlliyi ərəbcə mətnin yer alması və haşiyəsində təcümələrin qeyd olunmasından ibarətdir.

Latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”i akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyev, gürcü dilinə isə Rezo Mikeladze tərcümə ediblər.

Qeyd edək ki, ötən il ümumilikdə 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət “Qurani-Kərim” çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده