خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, September 14, 2017 Xəbər kodu : 30888

Ayətulah Məzahirinin məhərrəm ayı ilə bağlı tövsiyələri
Şəbistan Xəbər Agentliyi: Ayətullah Hüseyni Məzahiri tövsiyələrində göstərir ki, matəmlə bağlı oxunan mərsiyələr, şer və rövzələr mənalı, qəmgin və zəngin məzunlu olmalıdırlar, eyni zaman da şerlərdə fikir və ideya da yatmalıdır, mənasız, puç, sanballı mənbə və mənşəyi olmayan və heç yerə yazılmayan şer və nəsrlərdən çəkilmək lazımdır.

“Əzadarlıq məclislərində mənasız və mənbəsiz şer və nəsr əsərləri oxunmaqdan çəkinmək lazımdır”

Şəbistan Xəbər Agentliyi xəbər verir ki,  bu sözləri Ayətullah Hüseyni Məzahiri mətəm ayı olan məhərrəm ayının astanəsində rövzəxan və məddahlara tövsiyə olaraq dedi.

 

Ayətullah Hüseyni Məzahiri tövsiyələrində göstərir ki, matəmlə bağlı oxunan mərsiyələr, şer və rövzələr mənalı, qəmgin və zəngin məzunlu olmalıdırlar, eyni zaman da şerlərdə fikir və ideya da yatmalıdır, mənasız, puç, sanballı mənbə və mənşəyi olmayan və heç yerə yazılmayan şer və nəsrlərdən çəkilmək lazımdır.

 

Mənbərlər və tribunalardan əzadarlıqın vəhdət və birlik rəmzi olması təkidlə deyilməlidir, məzhəblər arasında ixtilaf salmaq və təfriqə yaratmaq, hansısa bir qrupun firqənin və hansısa bir məzhəbin duyğularına, dini hislərinə toxunmaq İmam Hüseyn (ə) əzadarlıq məclisinə yaraşmaz, həm də yəqinən İmamın (ə) da razı olduğu bir şey deyildir. Bunlar Aşura qiyamının fəlsəfə və məqsədləri ilə tam ziddiyyət təşkil edir.

 

Matəm mərasimlərində və məhərrəm günlərində bəzi xurafatlar, mövhumatçılıq bir kənara qoyulmalıdır ,bu mərasimlərin ixtiyarımızda qoyduğu potensialdan günün müasir tələblərinə uyğun istifadə etmək daha düzgün olardı.

 

http://shabestan.ir/detail/News/655373

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده