Servis Əsas səhifə |
|
Zaman : |
Wednesday, September 13, 2017 |
|
Xəbər kodu : |
30883 |
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məkarim Şirazi çərşənbə günü Qumda, Əzəm məscidində xaric fiqh dərsində bəzi bankı İslamın iqtisadi normalarına riayət etməmlərinə görə qınayıb. Alim deyib: Halala mal ələ gətirmək islam dininin də əhəmiyyət verdiyi bir məslədir, bu sahədə düzgün proqramlarla hərəkət etməliyik.
Axır- zamanda vəziyyət elə olacaqdır ki, sələmçilik geniş vüsət alacaqdır, kimsə sələm almasa da sələmçiliyin tozu onun da ətəyinə oturacaqdır.
Ayətullah Məkarim Şirazi Myanma müsəlmanlarının qırğın edilməsi məsələsinin izlənilməsini vurğuladı
Böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi BMT-nin Myanmada müsəlmanların qırğın edilməsi qarşısında sükut etməsini tənqid edərək, deyib: İslam ölkələrinin xarici işlər nazirləri fövqəladə iclas təşkil edərək, Myanma müsəlmanlarının qırğın edilməsi məsələsini araşdırmalıdırlar.
Ayətullah Məkarim daha sonar beynəlxalq məsələrə də toxunub və Miyanmarda müsəlmalara qarşı törədilən cinayətləri məhkum edərək deyib: Myanma dövləti İslam ölkələri alimləri ilə iclas təşkil edərək, müsəlmanlara qarşı soyqırımının səbəblərinə aydınlıq gətirməlidir.
İslam İnqilabının Böyük Rəhbəri Ayətullahülüzma Xamenei də çərşənbə axşamı xaric fiqh dərsində dünya ictimaiyyəti və beynəlxalq insan haqları təşkilatlarının Myanmada yaşanan faciə qarşısındakı sükutunu tənqid edərək, məsələnin yeganə həll yolunun İslam ölkələrinin praktiki addım atmaları olduğunu demiş və Myanma dövlətinə siyasi və iqtisadi təzyiqlərin göstərilməsini istəmişdi.
http://shabestan.ir/detail/News/655359
Açar sözlər:
|
|
|
|
|
|
|