خبرگزاری شبستان

سه شنبه ۳ بهمن ۱۳۹۶

الثلاثاء ٧ جمادى الأولى ١٤٣٩

Tuesday, January 23, 2018

Servis xəbərlərinin titri

Avropalılar da ƏBFP-nı pozmayacaqlar

Şəbistan Xəbər Agentliyi: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının sədri: Biz İran İslam Respublikası olaraq amerikalıların təsəvvürlərinin əksinə olaraq istədiyimiz vaxtı oyunu pozmaq gücünə malikik. Biz tam qüdrət ilə öz sülhməqsədli hədəflərimiz istiqamətində nüvə gücümüzü artıra bilərik.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30880

Kəbə İslam dinində ən müqəddəs məkandır
Şəbistan xəbər agentliyi: Kəbə Məkkə şəhərində Məscidül-həramın ortasında qərarlaşmış bir binadır. Həmçinin o İslam dinində ən müqəddəs məkan sayılır.

Şəbistan xəbər agentliyinin Həcc xəbər agentliyinin qərargahından nəql etdiyi xəbərə əsasən, Kəbə Ərəbistan ölkəsində Məkkə şəhərində Məscidül-həramın ortasında qərarlaşmış bir binadır. Həmçinin o İslam dinində ən müqəddəs məkan sayılır. Allaha aşiq olan bəndələrin qibləgahıdır. Quranda Kəbə barəsində belə deyilmişdir: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır". (Ali-İmran surəsi 96-cı ayə)

Bəzi rəvayətlərə əsasən, Kəbənin binası 10 dəfə tikilmişdir.

Kəbənin indiki binası Həccac ibn Yusif Səqəfinin, təmiri isə Osmanlı şahlarından olan 4-cü Muradın xilafəti zamanından qalmışdır. Kəbə evi Hicri Qəməri təqvimi ilə 1040-cı ildə Məscidül-hərama sel gəlməsi ilə xarab olmuş və Osmanlı şahlarından olan 4-cü Muradın xilafəti zamanında yenidən təmir edilmişdir. Bu bina möhkəm bir binadır ki, bu günə kimi bu şəkildə belə sabit qalmışdır.

Kəbənin İslamın rüknları ilə birbaşa əlaqəsi vardır. Məxsusən, Həcc mərasimində Kəbəni ziyarət və təvaf etmək həccin rüknlarından sayılır. Həmçinin namazın bərpa olunmasında da Kəbə önəmli rol oynayır. Çünki, Kəbə müsəlmanların qibləsidir. Kəbənin 4 guşəsinin hər birinə rükn deyillər. Kəbə Həcərül-əsvəd, İraqi, şami və Yəmani kimi 4 rüknun əsasında bina olunmuşdur.  http://shabestan.ir/detail/News/655346

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده