خبرگزاری شبستان

چهارشنبه ۲۹ شهریور ۱۳۹۶

الأربعاء ٢٩ ذو الحجّة ١٤٣٨

Wednesday, September 20, 2017

Servis xəbərlərinin titri

Yüz on beşinci Məhdəvi mədəni iclası

Axirəz-zamanda uşaqları təhdid edən bəlalar

Şəbistan xəbər agentliyi: Məhdəvi mədəni iclasların yüz on beşinci iclası 30-şəhrivərdə "Cinsi cinayətlər və uşaqların güvənsizliyi" mövzusunda Mövud müəssisəsində keçiriləcək.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30878
Namaz və onun tanınmalı sirləri (3-cü)
Məsumun (ə) dilindən şiələrin iki bariz xisləti
Şəbistan xəbər agentliyi: Qiyamət günündə insandan soruşulacaq ilk şey namazdır. Namaz qəbul olunarsa başqa əməllər də qəbul olunar. Namaz qəbul olunmazsa, başqa əməlləri də qəbul olunmaz.

Şəbistan xəbər agentliyi-Quran və maarif  bölümü: Molla Möhsin Feyz Kaşaninin yazdığı namazın sirləri kitabı dini mərifət hövzəsində və ibadətin incəliklərinin bəyan edilməsi sahəsində diqqətə layiq əsərlərdəndir. Bildiyimiz kimi müsəlmançılıqda namaz ən mühüm ibadət və Allahla rabitə yaratmaq vasitəsidir. Səbəbsiz deyil ki, məsumun dilindən eşidirik ki, qiyamətdə insandan soruşulacaq ilk şey namaz olacaq. Namaz qəbul olunarsa başqa əməllər də qəbul olunar. Namaz qəbul olunmazsa, başqa əməlləri də qəbul olunmaz. Qeyd etdiyimiz kitabın bəhsləri əsasında bu ilahi xəzinəni daha çox tanımağa çalışacağıq.

Namazın sirləri bu altı şərtlə sizə aşkar olar:

_ Hüzur qəlblə, Yəni namaz vaxtı qəlbiniz Allahdan başqasına yönəlməsin.

_ Namazın zikr və qiraətinin mənasını başa düşmək.

_ Təzim, yəni o halda Allahın əzəmitini dərk etsin.

_ Heybət, yəni Allahın əzəmətindən qəlbinə qorxu düşsün.

_ Ümid, Allahın rəhmətindən qəlbində ümid hasil olsun.

_ Xəcalət, yəni öz ibadətini Allahın dərgahına layiq bilməsin.

İki xislətlə bizim şiələrimizi tanıyın. Qeyd edəcəyimiz iki xislət onlarda olduğu təqdirdə, həqiqqi şiədirlər. Onlardan biri namazı vaxtlarına riayət etməkdir. Bu mənada ki, əvvəl vaxtında namazı qılsınlar. Başqası o dur ki, mallarını iman qardaşları ilə paylaşsınlar. Lakin bu iki xüsusiyyətə sahib olmadıqları təqdirdə, onlardan uzaq ol. Onlardan uzaq ol. Onlardan uzaq ol.http://shabestan.ir/detail/News/653702

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده