خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30877
Müqəddəs Cəmkəran məscidinin əzadalıq heyətinin müdiri:
Artistlərə və medya işçilərinə Müqəddəs Cəmkəran məscdinin heyətinin xüsusi xidməti
Şəbistan xəbər agentliyi: Müqəddəs Cəmkəran məscidinin əzadarlıq heyətinin müdiri qeyd etdi ki, artistlər və medya işçilərinin böyük ərbəin hadisəsinin canladırılmasında böyük rolu var. Buna görə də Müqəddəs Cəmkəran məscidinin əzadarlıq heyəti bu şəxslərə xüsusi xidmət göstərəcək.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinin beynəlxalq əlaqələr bölməsinə istinadən verdiyi xəbərə görə Höccətül-islam Seyid Mehdi Haşimizadə bu il ərbəində Müqəddəs Cəmkəran məscidinin heyətinin 1070-ci sütunun yanında xeymə quracağını bildirərək dedi: Keçən il əvvəlki illərə nisbətdə daha çox göstərdiyimiz xidmət medya içşilərinə edilən xidmət idi. Onlar Kərbəlada baş verənləri bütün dünyaya gözəl formada çatdırdılar.

 O, təkid etdi: Artistlər və medya işçiləri şiələrin İmam Hüseynin (ə) ərbəinindəki rolunu dünyaya çatdırmaqda böyük rol oynayırlar. Sonra bildirdi: Buna görə də bu ildə qərara almışıq ki, Müqəddəs Cəmkəran məscidinin heyətində onlara xüsusi xidmət göstərək.

Müqəddəs Cəmkəran məscidinin heyətinin müdiri dedi: Xidmətlər aşağıdakılardan ibarət olacaq:

1-Məskunlaşma səhəsində

2-İnternet sahəsində

3-Texniki dəstək sahəsində

əlimizdən gələn köməyi göstərəcəyik ki, dünyanın ən böyük insan toplumunu dünayaya göstərməkdə medya içşilərinə bizim də köməyimiz dəysin.

 

 

 

Müqəddəs Cəmkəran məscidinin heyətinin müdiri Seyid Mehdi Haşimizadə dedi: böyük Ərbəin yürüşündə iştirak etmək və onu dünyaya çatdırmaq fikrində olan artistlər və medya işçiləri hər gün iş vaxtı 025-37253417-nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər

 

 

http://shabestan.ir/detail/News/655371.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده