خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30874

Bizim şəhidlərimiz, yaralılarımız və əsirlərimiz bütün regionun tarixini yaradırlar
Şəbistan Xəbər Agentliyi: Seyid Həsən Nəsrullah Məhərrəm ayı ərəfəsində din təbliğatçıları ilə görüşündə deyib: Müqavimət Suriyada qalib gəldi və bundan sonrası sadəcə pərakəndə döyüşlərdir.

Şəbistan Xəbər Agentliyi “əl- Əxbar” a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah məhərrəm ayı üçün vəzifələndirilən dini rəsmilərlə keçirdiyi illik görüşündə belə danışıb: “Müqavimət Suriyada qələbə əldə etdi və bundan sonra ancaq təmizlik əməliyyatları qalıb”.

 

Seyid Həsən Nəsrullah çıxışını belə davam etdirib: “Biz bu müharibədəki (Suriya müharibə) vəzifələrimizi bilirik. Şəhidlər, yaralılar və əsirlərimiz müharibənin balansını dəyişdirməklə kifayətlənmədilər, eyni zamanda təkcə Livan tarixini yox, bütün regionun tarixini dəyişirlər. Biz Suriyada qələbə əldə etmişik. Düşmənin son planı uğursuz oldu və indi də bəzi maraqlarını qorumaq üçün danışıqlar aparmaq istəyirlər.

 

Etdikləri son plan və layihə uğursuz oldu və olduqca böyük çətinliklərlə üzləşdiyimiz yolumuzda biz qələbə qazandıq. Böyük nailiyyətlər əsasında balansı İslam ümmətinin xeyrinə dəyişdirəcəyik.

 

İŞİD və Nusra Cəbhəsi ilə olan müharibə 2011-ci ildən etibarən qarşılaşdığımız ən çətin döyüş idi. Hətta 2006-cı ildən də təhlükəli idi. 2017-ci ildə böyük bir fitnənin başlayacağına əmin idik və ABŞ-İsrail-Qətər-Səudiyyə Ərəbistanı ittifaqının Fələstin dəyərləri və müqavimətini məhv etmək məqsədi daşıyan bir planları olduğunu bilirdik”.

 

Hizbullahın lideri çıxışının növbəti hissəsində bunları deyib: “Suriya proseslərinin əvvəlində İrana getdim və ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin qəbulunda oldum. O vaxt hər kəs Suriya hökumətinin iki, üç ay ərzində devriləcəyinə inanırdı. Biz də öz fikrimizi bildirərək, əgər Dəməşqdə müharibə etməsək, Hermel, Baalbək, Zahiyə, Əlqaziyə, Qərbi Bəqa və Livanın cənubunda döyüşməyə məcbur olacağımızı dedik.

 

Ali dini rəhbər mənim sözümü tamamlayaraq, belə danışdı: “Sadəcə bu bölgələr də deyil, Kirman, Xuzistan, Tehran və digər bölgələrdə də. Bu cəbhə bir neçə nöqtədən təşkil olunur: İran cəbhəsi, Suriya cəbhəsi və Livan cəbhəsi. Suriya cəbhəsinin komandanı Bəşər Əsəddir və biz onun qalib olmasını təmin etməliyik və qalib olacaq da.

 

Bir il yarım, iki il keçəndən sonra Səudiyyə Ərəbistanı Bəşər Əsədə bir mesaj göndərdi və Suriyanın ölkədəki böhranın başa çatması üçün bir konfransda Hizbullah və İranla əlaqələrini kəsdiyini açıqlamasını istədi”.

 

Seyid Həsən Nəsrullah çıxışını daha sonra belə davam etdirib: “Biz hələ ən başdan iraqlı qardaşlarımıza xəbərdarlıq etdik. Əgər İŞİD ilə döyüşməsələr və bu qrup Deyr Əz Zora hakim olarsa, İŞİD-in növbəti hədəfinin İraq olacağını dedik. Bizim bu proqnozlarımız bir-bir doğru çıxdı və bu terror təşkilatı İraqın üçdə birinə hakim oldu. İndi soruşuram: “Əgər biz cihad etməsəydik və bu vəzifəmizdən geri çəkilsəydik, Livan nələrlə üzləşərdi? Əgər İraq xalqı Ayətullah Sistaninin əmrinə tabe olmasaydı, ölkədə nə olardı?"

 

Bu müharibə (Suriya) mübarək idi və biz dini vəzifəmizə tabe olaraq, Suriyaya gettdik. Əks halda bir gənci bu çətin şərtlər altında Hələb və Deyr Əz-Zor getməyə vadar edən şey nə ola bilər? Bizim qardaşlarımız təxminən 8 aydır ki, bu bölgədə blokada altında idi. Bəziləri biz Livanda nə etsək razı olmurlar".

 

Nəsrullah çıxışının sonunda isə Məhərrəmliyə və Aşuraya toxunub. O, İmam Hüseynin (ə) inqilabının təkcə zülmə etiraz olmadığını, habelə İlahi vəzifəni yerinə yetirməkdən ibarət olduğunu deyib və bu məsələnin üzərində dayanmağın zəruriliyini söyləyib.

 

http://shabestan.ir/detail/News/655182

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده