خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30873

Qərb Yaxın Şərqdəki xaosları İran və Türkiyənin daxilinə transferə çalışır
Azər Rəşidoğlu: “Qərb strateqləri referendumun baş tutmasına yox, bu hadisənin hay-küyə və qarşıdurmaya səbəb olmasına çalışırlar”

Azər Rəşidoğlu: “Qərb strateqləri referendumun baş tutmasına yox, bu hadisənin hay-küyə və qarşıdurmaya səbəb olmasına çalışırlar”

Setyabrın 25-də İraqda Kürdüstan regional hökuməti referendum keçirməyi planlaşdırır. Eyni zamanda İraq Məclisi referendum qərarını rədd edib. Belə olan halda nə gözlənilir, bölgədə hadisələr hansı məcraya yönələcək? Beynəlxalq aləmin bu məsələdə mövqeyi nədir? 

 

FaktXeber.com məsələ ilə əlaqədar politoloq Azər Rəşidoğludan münasibət öyrənib.

Növbəti mərhələdə bölgəni bir daha xaosa sürükləmək cəhdləri durur və bu referendumun əsas nəticəsi ondan ibarətdir

Siyasətçinin sözlərinə görə, kürdlərin müstəqillik referendumu bölgədə vəziyyəti daha da gərginləşdirəcək: “Bəri başdan ehtimal etmək olar ki, onun nəticələri beynəlxalq aləm tərəfindən tanınmayacaq. Buna baxmayaraq, kürd separatçılarının Yaxın Şərqdə, o cümlədən Türkiyədə daha da fəallaşması mümkündür. Bu səbəbdən Türkiyənin daxilində terror aktlarının baş verə biləcəyi, bölgədə etnik qarşıdurmaların daha da şiddətlənə biləcəyini proqnozlaşdıra bilərik.”

 

İraq Parlamentinin bu referendumu qanunsuz kimi dəyərləndirdiyini xatırladan ekspert bu səbəbdən hadisənin hüquqi dəyişikliyə səbəb olmayacağını deyib:  "Bununla belə etnik qarşıdurmanın və bölgədə gərginliyn artırılması baxımından hər halda ciddi bir hadisə kimi dəyərləndirmək olar."

 

Yeri gəlmişkən, qeyd edək ki, beynəlxalq güclərin bu məsələyə münasibəti birmənalı deyil. Nəticələrin beynəlxalq aləmdə tanınmayacağı söylənsə də, hələ ki, dünya gücləri sakit görünürlər. Siyasi təhlilçi bu məsələyə də aydınlıq gətirdi.

 

Politoloqun sözlərinə görə, dünya gücləri – xüsusən Amerika və Qərb ölkələri üçün Yaxın Şərqi xaosa sürükləmək əsasdır: “Onlar hüquqi baxımdan kürd separatçılara bir yardım göstərməsələr də, maliyyə və silahla təmin edir, insan haqlarının pozulması prizmasından yanaşaraq yardım göstərirlər. Qərb üçün əsas məsələ Yaxın Şərqi xaosa sürükləmək, həmçinin prosesləri İran və Türkiyənin daxilinə transferə nail olmaqdır. Gərginlik və referendumdan sonra qarşıdurma nə qədər çox olarsa, idarə olunan xaos nəzəriyyəsinə uyğun həyata keçiriləcək. Bu baxımdan Qərb strateqləri referendumun baş tutmasına yox, bu hadisənin hay-küyə və qarşıdurmaya səbəb olmasına çalışırlar.”

 

“Birmənalı şəkildə demək olar ki, Yaxın Şərqdə bütün məzhəb və etnik çatışmaların arxasında Qərb strateqləri durur. Bu da növbəti mərhələdir. Növbəti mərhələdə bölgəni bir daha xaosa sürükləmək cəhdləri durur və bu referendumun əsas nəticəsi ondan ibarətdir”, - deyə Azər Rəşidoğlu sözlərini yekunlaşdırıb. 

 

Xatırladaq ki, İraq Kürdüstanı regional hökumətinin sentyabrın 25-də  keçiriləcək "müstəqillik referendumu" ilə əlaqədar İraq Məclisində müzakirələr olub. Parlament səs çoxluğu ilə referendum qərarını rədd edib. Qərara qarşı çıxan kürd parlamentarilər zalı tərk edib.

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده