خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30872

İnsan qamətinə tikilmiş libas
“Ey insanlar, həzrət Adəmdən (ə) qul və kəniz dünyaya gəlməyib! Həqiqətən, bütün insanlar azaddırlar!”

İmam Əli (ə) buyurmuşdur:

ايُّهَا النَّاسُ انَّ آدَمَ لَمْ يَلِدْ عَبْداً وَ لا امَةً وَ انَّ النَّاسَ كُلُّهُمْ احْرارٌ؛

“Ey insanlar, həzrət Adəmdən (ə) qul və kəniz dünyaya gəlməyib! Həqiqətən, bütün insanlar azaddırlar!” (“Mizanul-hikmət”, 2-ci cild, səh. 351, fəsil 779, hədis 3556.)

Bu hədisdə imam Əli (ə) müəyyən bir zümrəyə yox, bütün insanları xitab qərar verir. “Ya əyyühənnas” (ey insanlar, ey camaat) ifadəsi bəşəri hüquq, “ya əyyühəlləzinə amənu” (ey iman gətirənlər) ifadəsi isə islami hüquq yönlü nümunələrdəndir. Bu hədisə əsasən, bütün insanlar azaddır. İnsan və Adəm övladının yaradılışı azadlıq və hürriyyət əsası ilə yoğurulmuşdur. 1400 il bundan əvvəl İslam dininin vasitəsilə gündəmə gətirilən insan azadlığı məsələsi diqqəti cəlb edir. Çünki o zaman hürriyyət və azadlıq bir əsas və dəyər kimi tanıtdırılmırdı. Çağdaş dünyamızda isə, azadlığın dəyəri gün kimi aydındır.

Demək, azadlıq zərurəti aydın və yekdilliklə qəbul edilən məsələlərdəndir və müstəmləkə caynağında çapalayan xalqlar onu əldə etmək üçün mübarizə aparırlar. Burada iki mühüm məsələ diqqəti özünə cəlb edir:

1. Nə üçün azadlıq dəyər sayılır? Əgər azadlıq olmazsa, nə baş verər? Əgər olarsa, nə baş verər? Əfsus ki, azadlığın fəlsəfəsi üzərində az araşdırmalar aparılmışdır. Bu barədə deməliyik ki, insana güc və bacarıqlar verilmişdir. O, yolu üzərində maneə olmadıqda güc və bacarıqlarından səmərəli şəkildə istifadə edib azad şəkildə elm və bilik sahibi ola bilər, təkamül yolunu keçə bilər. Təkamül də iki əsasa söykənir:

a) daxili istedad və bacarıqlar;

b) maneənin olmaması.

Demək, insan azadlığının fəlsəfəsi onun daxili istedad və bacarıqlarından istifadə etməsindən ibarətdir. Məlumdur ki, insanın daxili bacarıqları azad mühitdə daha yaxşı çiçəklənir. Güldanda əkilən gül ilə sahədə əkilən gül müqayisə ediləsi deyildir!

2. Hansı azadlıq bəyənilir?

İnsan təkamülünü təmin edən azadlıq bəyəniləndir. Demək, azadlığın bu fəlsəfəsi onun çevrəsini müəyyənləşdirir. Çünki azadlıq bir neçə qismə bölünür:

1. Mütləq azadlıq:

Bu azadlıq yalnız meşələrdə və yırtıcı heyvanlar arasında görünür. Belə məkanlarda hərə öz istədiyini yerinə yetirir. Aydındır ki, heç kim belə azadlığı müdafiə etmir.

2. Şərhə ehtiyac duyulan və daim dəyişilən bəşər qanunları çərçivəsində azadlıq:

İlahi dinə inanmayan, eyni zamanda, qanunu qəbul edən insanların azadlığı qanun çərçivəsindən çıxmır. Aydındır ki, qanun azadlığa zidd deyil, əksinə onu qoruyan bir amildir.

3. İlahi dəyərlər çərçivəsində azadlıq:

İlahi məktəblərin ardıcıllarının azadlığı dini dəyərlərin çərçivəsindən çıxmır. Onlar heç vaxt azadlıq adı ilə yüksək ilahi və insani dəyərlərə təcavüz etməyə icazə vermirlər.

Məlum olduğu kimi, bəşər nöqteyi-nəzərindən azadlığın birinci növü bəyənilmir. İkinci növü bir çox çətinliklər və bədbəxtliklərin mənşəyidir. Üçüncü növü isə bizim səadətimizi təmin edir, necə deyərlər, insan qamətinə tikilmiş bir libasdır!(Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده