خبرگزاری شبستان

چهارشنبه ۲۹ شهریور ۱۳۹۶

الأربعاء ٢٩ ذو الحجّة ١٤٣٨

Wednesday, September 20, 2017

Servis xəbərlərinin titri

Yüz on beşinci Məhdəvi mədəni iclası

Axirəz-zamanda uşaqları təhdid edən bəlalar

Şəbistan xəbər agentliyi: Məhdəvi mədəni iclasların yüz on beşinci iclası 30-şəhrivərdə "Cinsi cinayətlər və uşaqların güvənsizliyi" mövzusunda Mövud müəssisəsində keçiriləcək.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 13, 2017 Xəbər kodu : 30871

İslam fəlsəfəsi dindən qaynaqlanır
Şəbistan Xəbər Agentliyi: Mənim qənaətimə görə hər hansı bir fəlsəfəyə islam “brendi”, islam markası vurmaq üçün onun kökü və əsas prinsipi islam dinindən götürülməlidir.

“İslam fəlsəfəsi adlı elm və fənn mövcuddur. Bu elm dindən qaynaqlanır və dindən təsirini alır. Amma eyni zamanda sxolastika və əl - kalam elmi də deyildir. İslam fəlsəfəsi həqiqətləri tanımaq və kəşf etməyə çalışır.

Bir filosof gərəkdir ki, əsas prinsiplərində, təməl düşüncələrdə, mövzu və məsələlərində islam təfəkkürünə söykənsin. Əgər belə edərsə, islamçılıq, islamiyyət gerbi onun fəlsəfəsinə yapışdırılra bilər”.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu sözləri Qulam Hüseyn İbrahim  Dinaninin fəlsəfə barəsində qələmə aldıgı yeni kitabının təqbimat mərasimində çıxış edən İranın İslam fəlsəfəsi üzrə araşdırmaçısı Mənuçehr Sədiqi Səha dedi.

 

 

Natiq daha sonra əlavə etdi: Mənim qənaətimə görə hər hansı bir fəlsəfəyə islam “brendi”, islam markası vurmaq üçün onun kökü və əsas prinsipi islam dinindən götürülməlidir.

 

Biz islam fəlsəfəsi adlanan bir çox fəlsəfi məktəblər tanıyırıq və onların əsas prinsipləri dindən götürülmüşdür, lakin onların bəzilərində əsas özəllik agılın mərkəzdə dayanmasıdır. Eyni zamanda biz bu məktəbləri də islam fəlsəfəsi məktəbi adlandırırıq.

 

Quran və hədislərdə keçən varlıq aləmi haqında düşüncələrə bir o qədər də əhəmiyyət verməmişik. Əgər biz bu yanaşma ilə öz dini mənbələrimizə baxsaq, ələ gələn fəlsəfi düşüncələr sözün əsl mənasında əsl islam fəlsəfəsinin naliyyətləri olacaqdır.

 

O daha sonra fəlsəfəyə, xüsusən islam fəlsəfəsinə ögey münasibətlərdən danışdı.

 

http://shabestan.ir/detail/News/655055

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده