خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, September 12, 2017 Xəbər kodu : 30865

Vəqf edənlərin cəmiyyətin fəqirlərinə yardımları
Şəbistan xəbər agentliyi: Kermanşah şəhərinin valisi İslam dinində infaq etməyin önəminə işarə edərək dedi: İnfaq etməkdə insani kəraməti qorumaq mühüm və zəruri məsələlərdəndir ki, Mehr təhsil planının icrasında bu məsələyə diqqət olunacaqdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin Kermanşahdan verdiyi xəbərə əsasən, Kermanşah şəhərinin valisi Əsədullah Razani (Şəhrivər ayının 21) ikinci gün Zeytun zalında  keçirilən mehriban əllərlə Mehr təhsil planının hədiyyələrinin paylanma mərasimində dedi: Vəqf edənlər bu cari sədəqələr vasitəsi ilə həm öz əbədi həyatlarına, həm də cəmiyyətdə fəqirlik baxımından var olan problemlərin həllində yardımçı oldular.

O, əlavə etdi ki, İslam dini və Quran başqalarına kömək etməyə çox dəyər vermişdir.

Kermanşah şəhərinin valisi bəyan etdi ki, Mütəal Allah mübarək Bəqərə surəsində buyurur: Bu kitab pərhizkarlar üçün nazil olmuşdur. Qeyb aləminə iman, namazı bərpa etmək və infaq etmək təqvalı insanların tərifində qeyd olunmuş xüsusiyyətlərdəndir.

O qeyd etdi ki, Quranın bir çox yerlərində bu mövzuya işarə edilmişdir. Ona bəzən zəkat bəhsində fiqhi hökm şəklində, bəzən də mübarək Səff surəsində infaq etmə, sədəqə vermə ya da mal ilə cihad etmə kimi külli ünvanlarla gəlmişdir.

Raqzani bəyan etdi ki, Allah Səff surəsinin 10-cu ayəsində möminləri dərdli əzabdan xilas edəcək bir ticarətə doğru yönləndirir. Həmçinin onun barəsində buyurur: Allaha və Onun Rəsuluna iman gətirin, mallarınızla və canlarınızla Allah yolunda cihad edin.http://shabestan.ir/detail/News/655247

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده