خبرگزاری شبستان

چهارشنبه ۲۹ شهریور ۱۳۹۶

الأربعاء ٢٩ ذو الحجّة ١٤٣٨

Wednesday, September 20, 2017

Servis xəbərlərinin titri

Yüz on beşinci Məhdəvi mədəni iclası

Axirəz-zamanda uşaqları təhdid edən bəlalar

Şəbistan xəbər agentliyi: Məhdəvi mədəni iclasların yüz on beşinci iclası 30-şəhrivərdə "Cinsi cinayətlər və uşaqların güvənsizliyi" mövzusunda Mövud müəssisəsində keçiriləcək.

Servis Əsas səhifə Zaman :   Tuesday, September 12, 2017 Xəbər kodu : 30862

Müqəddəs Cəmkəran məscidinin həftə sonuna hazırlığı
Şəbistan xəbər agentliyi: Müqəddəs Cəmkəran məscidinin mərasimlər və proqramlarının müdiri həftə sonu proqramlarını açıqlayaraq dedi: Cümə günü günbatan vaxtı Mübahilə günü münasibəti ilə İmam Zaman (ə) aşiqləri üçün bayram surudları oxunacaq.

Müqəddəs Cəmkəran məscidinin mərasimlər və proqramlarının müdiri Abbas Məhəmmədi pur həftə sonu proqramlarını açıqlayaraq dedi:  Müqəddəs Cəmkəran məscidi bu həftə böyük Mübahilə hadisəsi münasibətiylə İmam Zaman (ə) açiqlərini xüsusi proqramlar və mərasimlərlər qarşılayacaq.

 Abbas Məhəmmədi pur dedi: Bu həftənin çərşənbə axşamının proqramları Quranla ünsiyyət mərasimi ilə başlayacaq. Bu həftənin çərşənbə axşamını xətibi Höccətül-islam vəl-müslimin Nəzəri Münfəriddir. Təvəssül duasını isə Seyid Mehdi Mirdamad oxuyacaq.

Müqəddəs Cəmkəran məscidinin mərasimlər və proqramlarının müdiri Abbas Məhəmmədi pur dedi: Cümə axşamı 23-şəhrivər Kumeyl duasından öncə Höccətül-isalm Səqqazadə xütbə oxuyacaq. Hacı Rza isə mənəviyyatlı Kumeyl duasını oxuyacaq.

Müqəddəs Cəmkəran məscidinin mərasimlər və proqramlarının müdiri Abbas Məhəmmədi pur dedi: Cümə günü sübh çağı Nüdbə duasından öncəki xütbə Tehranın müvəqqəti imam-cüməsi Höccətül-islam vəl-müslimin Siddiqnin tərəfindən oxunacaq. Ondan sonra Nüdbə duasını Hac Heydər Abbaszadə oxuyacaq.

Abbas Məhəmmədi pur dedi: Bu həftənin cümə günü günbatan çağı  İmam Zamanın (ə) aşiqləri və müntəzirləri mənəviyyatlı Ali-yasin duasını  Müqəddəs Cəmkəran məscidində oxuyacaqlar. Cümə günü axşam mübarək Mübahilə hadisəsinin ildönümü ilə üst-üstə düşür. Həmin gecə Höccətül-islam Mirşəfii xütbə oxuyacaq və eyni zamanda surudlar da oxunacaq

 

 

http://shabestan.ir/detail/News/654882.

 

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده