خبرگزاری شبستان

سه شنبه ۳ بهمن ۱۳۹۶

الثلاثاء ٧ جمادى الأولى ١٤٣٩

Tuesday, January 23, 2018

Servis xəbərlərinin titri

Avropalılar da ƏBFP-nı pozmayacaqlar

Şəbistan Xəbər Agentliyi: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının sədri: Biz İran İslam Respublikası olaraq amerikalıların təsəvvürlərinin əksinə olaraq istədiyimiz vaxtı oyunu pozmaq gücünə malikik. Biz tam qüdrət ilə öz sülhməqsədli hədəflərimiz istiqamətində nüvə gücümüzü artıra bilərik.

Servis Əsas səhifə Zaman :   Tuesday, September 12, 2017 Xəbər kodu : 30861
Ayətullah Siddiqi Şəbistan xəbər agentliyinə gəlişi ilə təkid etdi
Media cəmiyyətin ədalət səsi
Şəbistan xəbər agentliyi: Beynəlxalq Qədir-xum təşkilatının baş katibi medianı ədalət və mənəviyyat bilərək dedi: Media elmi mədrəsələri və Ələvi elmləri camaata tanıtdırmalıdır. İnqılabın unudulmuş sahələrini bəyan etməli və Aristokratlığı və rifahtələbliyi pisləməlidir.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin xəbərinə əsasən, beynəlxalq Qədir-xum təşkilatının baş katibi Ayətullah Kazim Siddiqi bu xəbər agentliyinin redaksiyasına gələrək, İslam cəmiyyətində medianın roluna işarə edərək dedi: Media İslamın əvvəlindən İslam hakimiyyətinin ayrılmaz bir hissəsidir. O İslam Peyğəmbərinin (s) Qədir-xum hadisəsində Həssan ibn Sabiti özü ilə birlikdə gətirdiyinə işarə edərək xatırlatdı: O, Qədir-xum hadisəsini nəzmə çəkdi. O zaman şer sürətlə yayılırdı. O dövrdə şer bir media idi.

Ayətullah Siddiqi İmamlarımızın istisnasız olaraq, hər birinin mediadan istifadə etdiyini qeyd edərək dedi: Media Allahın, dinin və fitrətin səsidir. Bu gün media öz əslinə və missiasına qayıtmalıdır ki, o da cəmiyyəti hidayət etməkdir.

Beynəlxalq Qədir-xum təşkilatının baş katibi medianı ədalət və mənəviyyat səsi bilərək dedi: Media dəyərlər toplusu olan əxlaq və vilayət səsinin yayılmasıdır. Bunlar media vasitəsi ilə bir mədəniyyət kimi cəmiyyətə çatdırılmalıdır.

O, İslam cəmiyyətində medianın vəzifələrinə işarə edərək bəyan etdi: Media elmi mədrəsələri və Ələvi elmləri camaata tanıtdırmalıdır. İnqılabın unudulmuş sahələrini bütün idarələrdə bəyan etməli və Aristokratlığı və rifahtələbliyi pisləməlidir.http://shabestan.ir/detail/News/655066

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده