خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, September 10, 2017 Xəbər kodu : 30835

Üləma ailəsinin “asi” oğlu - Müqtəda Sədrin son gedişləri İraqda nələri dəyişəcək?
İraqda ən böyük ailələrdən birinin nümayəndəsi, dini və siyasi müxalifətin önəmli nümayəndəsi Müqtəda Sədr mərkəzi hökumətlə qarşı-qarşıya gəlib.

İraqda ən böyük ailələrdən birinin nümayəndəsi, dini və siyasi müxalifətin önəmli nümayəndəsi Müqtəda Sədr mərkəzi hökumətlə qarşı-qarşıya gəlib. 2014-cü ildə siyasi fəaliyyətini dayandırdığını bəyan edən Sədr ailəsinin varisi qəflətən fəallaşıb. Bu həftənin əvvəlində gözlənilmədən Səudiyyə Ərəbistanına səfər edən M.Sədr qayıtdıqdan sonra bir sıra sərt çağırışlar edib.

Hazırda Səudiyyə Ərəbistanı kralının səlihiyyətlərini icra edən vəliəhd şahzadə Məhəmməd ibn Salmanın dəvəti ilə ər-Riyada səfər edən Müqtəda Sədr qayıtdıqdan sonra tərəfdarlarına çağırış edərək İraq küçələrində Səudiyyə Ərəbistanı əleyhinə şüarları yığışdırmağa çağırıb. Bundan əvvəl isə Sədr hələ Ərəbistandan dönər-dönməz hökumətə çağırış edərək könüllü ordu birlikləri “Həşdi Şabi”nin İraq ordusuna birləşdirilməsinə dair çağırış edib. Cümə günü isə Sədr öz tərəfdarlarına İraq hökumətinin korrupsioner məmurlarına qarşı etiraz aksiyasına çağırmışdı.

Ancaq Müqtəda Sədrin qəfil gedişi İraqda birmənalı qarşılanmayıb. Baş nazir Heydər Abadi bəyan edib ki, “Həşdi Şabi” İŞİD-ə qarşı mübarizə məqsədilə mərcəiyyətin (İraqda nüfuzlu şiə üləması – K.R) çağırışı ilə təşkil olunub və ötən ilin dekabrında parlament “Həşdi Şabi”ni İraqın ikinci ordusu kimi təsdiqləyib və hazırda silahlı qruplaşma baş nazirə tabedir.

 

Image result for müqtəda sədrSədrin mövqeyi Səudiyyə səfərindən sonra kəskin dəyişib və görünən odur ki, hökumətə qarşı sərt müxalif mövqedə dayanacaq. Ehtimal ki, növbəti həftə də tərəfdarlarını küçələrə çağıracaq və etirazları davam etdirəcək. 2010-cu il parlament seçkilərində 325 yerlik parlamentdə Sədr qrupu 40 mandat qazanıb. Bundan əvvəlki 2005 seçkilərində daha az – 31 deputat yeri qazansa da, Müqtəda Sədr İraqda siyasi hakimiyyətə iddiaçı olmayıb. Onun qrupundan hökumətdə təmsil olunanlar olsa da, din adamı bəyan etmişdi ki, hökumət “texnokratlara” verilməlidir.

Ancaq bu, Müqtəda Sədrin ilk “asiliyi” deyil, 2012-ci ildə Sədr tərəfdarlarını Maliki hökumətinin korrupsiya fəaliyyətlərinə qarşı etiraza səsləmişdi. Sonrakı iki ildə İraqda “Ərəb baharı” olmasa da, bunun əvəzinə Suriyada başlayan müharibə İraqa da öz təsirini göstərdi və İŞİD meydana çıxdı. 2014-cü ildə Sədr də digər siyasətçilər kimi tərəfdarlarına səfərbədlik çağırışı etsə də, 10 il əvvəl Amerika işğalı zamanı olduğu kimi “Mehdi ordusu” yenidən meydana çıxmadı. Sədr tərəfdarları “Həşdi Şabi” birliklərinə qoşuldular. Həmin il Sədr özü də siyasi fəaliyyətdən çəkildiyini bəyan etdi. Lakin Sədr hərəkatına məxsus “əl-Əzva” televiziyası, “əl-Əhd” və “Quran Natiq” radioları, “əl-Hədəf” jurnalı, həmçinin şəhid Sədrə bağlı bir neçə Quran mərkəzin fəaliyyətini davam etdirəcəyi bildirildi. O cümlədən İraq işğalı zamanı yaradılan və daha sonra silahları buraxaraq “yer altına” çəkilən “Mehdi ordusu” da “kölgəyə” çəkildi. İndi isə Müqtəda Sədr yenidən “meydanlara qayıdıb” və tərəfdarlarını hərəkətə gətirmək istəyir.

Əcəba, İraqın ən köklü seyid və üləma ailələrindən biri olan Sədrlərin bu dəlisov varisi nə istəyir? Bu, yeni siyasi oyundur, yoxsa hakimiyyət davası?

 

Image result for müqtəda sədrSədrlər ailəsi şiə aləmində nüfuzlu din alimləri və mübariz şəxsiyyətləri ilə məşhurdur. Məhəmməd Baqir Sədr, Musa Sədr, Məhəmməd Sadiq Sədr və sair kimi nüfuzlu alimlər, ictimai-siyasi xadimlr yetirmiş bu ailənin İraqın Nəcəf şəhərinə yerləşməsi təxminən 200 il əvvəl baş verib. Seyid Sədrəddin Sədr İranın İsfahan şəhərindən şiə elm mərkəzi olan Nəcəfə köçərək burada məskunlaşıb. Ötən əsrin 70-ci illərində İraqdan Livana köçərək burada elmi və ictimai fəaliyyətlərə başlayan Musa Sədr müharibələrdən əziyyət çəkən, yoxsulluğun geniş yayıldığı Livanda iş yerlərinin açılması, sosial, təhsil layihələrinin həyata keçirilməsində böyük rol oynayıb. Hazırda Livan parlamentinin spikerinin rəhbərlik etdiyi “Əməl” hərəkatı da Musa Sədrin “yadigarıdır”. Sədrlərin ən parlaq nümayəndəsi olan Baqir Sədr fəlsəfə, tarix, ilahiyyat elmlərində məşhur olan alim olub. Eyni zamanda ictimai xadim olan Baqir Sədr həm də Səddam Hüseynə qarşı cəbhədə yer alıb. Bu səbəbdən də onu və bacısı, ilahiyyatçı Bintul Hida 80-ci illərin əvvəllərində qətlə yetirilib.

Sədrlərin daha bir məşhur nümayəndəsi isə Müqtəda Sədrin atası Sadiq Sədr Nəcəfdə din alimi olmaqla yanaşı Bəəs rejiminə qarşı müxalif ruhanilərin başında dayanırdı. Bu səbəbdən də Sadiq Sədr 1999-cu ildə avtomobilində iki oğlu ilə birlikdə sui-qəsdə məruz qalaraq öldürülüb. Sədrlər ailəsinin İraqdakı nüfuzunun bir səbəbi də Səddam Hüseyn rejiminə qarşı sərt duruşları, ən kəskin repressiyalar zamanı ölkədə qalmaları, İraqı tərk etməmələri və müxalif cizgidən çəkilməmələri idi.

Məhz bu səbəbdən də 1992-ci ildə Nəcəf elmi mərkəzinin dini lideri ayətullah Seyid Əbülqasim Xoyi rəhmətə getdikdən sonra onun yerinə ayətullah Sadiq Sədr seçilir. Məhz Sadiq Sədrin təşəbbüsü uzun illər qadağan edilən cümə namazları Nəcəf, Kufə və digər şəhərlərdə qılınmağa başlayır. Bundan başqa, Sadiq Sədrin təşəbbüsü ilə İraqın bütün şəhərlərində şəriət məhkəmələri bərpa olunub.

Sadiq Sədrin ölümündən sonra Sədr ailəsinin varisi Müqtəda Sədr olur. 2003-cü il İraqın ABŞ tərəfindən işğalından sonra M.Sədr yeni silahlı şiə qrupu – “Mehdi ordusu”nu yaradaraq ABŞ ordusuna qarşı savaşa başlayır. Eyni zamanda işğaldan sonra qurulan “Sədr ardıcılları” hərəkatına rəhbərlik edir. Hərəkat həm bələdiyyə, həm də parlament seçkilərində iştirak edir, çoxlu sayda media orqanları yaradır. 
2004 və 2006-cı illərdə Sədr İraqın ən parlaq şəxslərindən biri, Amerika işğalına qarşı şiə müqavimət hərəkatının əsas lideri hesab olunurdu. Onun rəhbərlik etdiyi “Mehdi ordusu” digər silahlı qruplardan daha fəal idi. Bundan başqa, Bağdadın Sədr rayonuna da M.Sədr tərəfdarları nəzarət edirdi. M.Sədr 2005-ci il seçkilərin 20, 2010-cu il parlament seçkilərində isə 31 mandat qazanaraq aktiv siyasi hərəkat liderlərindən biri oldu. Daha sonra İraqda müqəddəs ziyarətgahların təhlükəsizliyinin təmin olunması ilə bağlı “Mehdi ordusu” və “Bədr qüvvələri” arasında qarşıdurmadan sonra əldə olunmuş ümumi razılığa əsasən silahlı qruplar İraq ordusuna qatıldı. “Mehdi ordusu”nun bir hissəsi İraq ordusuna qatılsa da, digər hissəsi silahı yerə qoyaraq ləğv olundu.

 

Image result for müqtəda sədrMüqtəda Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. Ayətullah Məhəmməd Sadiq Sədrin 4-cü oğludur. Atasının ölümündən sonra Sədr ailəsinin lideri olub. Gənc olmasına baxmayaraq, həm silhalı müaqavimətə rəhbərlik edib, həm də dini və siyasi fəaliyyəti olub. Ancaq savaşdan əvvəl dini təhsil alan Müqtəda Sədr təhsilini tamamlaya bilmədiyi üçün ali ruhani dərəcəsi ala bilməyib. Hətta bir müddət gözə görünməyən Müqtəda Sədrin ali ruhani təhsilini davam etdirdiyi haqda şayiələr yayılsa da, bunu təsdiq və ya təksib edən hansısa açıqlama olmayıb. Bir müddət İranda da olan Müqtəda Sədrin dini təhsilini orada davam etdirdiyi xəbərləri də təsdiqini tapmayıb. Ancaq zaman-zaman Sədrin İranla münasibətlərinin soyuması hiss olunub və bir sıra hallarda yaranmış problemləri həll etmək üçün Tehran Müqtədanı dəvət edərək görüşlər keçirib. Ancaq son hadisələr onu göstərir ki, Sədr artıq İranla, necə deyərlər, yola getmir. Bunu təsdiq edən bir sıra arqumentlər bariz şəkildə özünü göstərir. 

İlk növbədə Sədr İranla hazırda müharibə vəziyyətində olan Səudiyyə Ərəbistanına getməklə faktiki olaraq Tehrana arxa çevirmiş oldu.

Baxmayaraq ki, ilk vaxtlar Sədrin Tehran və ər-Riyadi barışdırmaq üçün getdiyi iddia olunurdu. Ancaq onun ilk açıqlamaları, İranı İraqın daxili işlərinə müdafilə etməkdə günahlandırması, o cümlədən İranın birbaşa dəstəklədiyi “Həşdi Şabi”nin buraxılmasını istəməsi İranla eyni cəbhədə olmadığını sübut edir. Yeri gəlmişkən, Sədrin ardınca İraqda ikinci üləma ailəsinin nümayəndəsi, İraq Ali İslam Şurasının sədri Əmmar əl-Həkimə də Səudiyyədən dəvət göndərildiyi bildirilsə də, o bundan imtina etdi. Bu da müəyyən mənada cizgini daha da aydınlaşdırdı.

 

Image result for müqtəda sədrBundan başqa, qayıtdıqdan sonra İraq hökumətinə qarşı etiraza səsləməsi, daha sonra İraq Hizbullahı qruplaşması liderinin Sədri sərt şəkildə ittiham etməsi, onu Yəməndə, Suiryada, Liviyada öldürülən müsəlmanların, o cümlədən edam olunan şiə ruhani Baqir Nimrin qətlinə bais olan ölkə ilə dostlaşmaqla xəyanət etdiyini bildirən müraciət yayması İraq şiə qrupları ilə Sədrin yollarının ayrıldığını göstərir.

Ehtimal ki, gələn il keçirilən seçkilərdə Sədr Səudiyyəyə yaxın siyasi partiyalarla ittifaq quracaq və seçkilərə yeni koalisiya ilə gedəcək. Sədrin həlledici səs qazanacağı ehtimal olunmasa da, birləşəcəyi qüvvələrlə ciddi sayda mandat əldə edə bilməsi mümkündür. Bu isə iqtidar olmasa belə, koalisiyaya gedə bilməsi üçün yol açır. Hələlik Nəcəf üləmasının da Sədrin yeni siyasi gedişinə reaksiyası bəlli deyil. Hazırda müharibə aparan və İŞİD, eləcə də kürd problemi ilə qarşı-qarşıya olan İraqda son olayların ciddi əks-sədasının olması qaçılmazdır. Hələlik İran da olaylara təmkinli yanaşır. Ancaq yaxın günlərdə üləmanın Sədrin gedişinə münasibəti və necə deyərlər, həm də onun gələcək siyasi taleyi bəlli olacaq. (musavat.com)

 

 

Birlik.az

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده