خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, September 07, 2017 Xəbər kodu : 30786

İslamın gözəlliklərini mədəniyyət və incəsənətin dili ilə dünyaya çatdıraq
Şəbistan Xəbər Agentliyi: Biz öz dini mədəniyyətimizi beynəlxalq müstəizədə ortaya qoymalıyıq. Mədəniyyətin və incəsənətin öhdəmizə qoduğu fürsət və imkandan istifadə edərək mədəniyyətlərin savaşında İslam dinini və Quran mədəniyyətini dünyaya tanıtdırmalıyıq. Heç bir azadə insan haqq kəlamından qaçmaz.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl – müslimin Seyid Məhəmməd Hüseyn Şəhrudi dünən keçirilən dini - rəsmi toplantıda aşağıdaki tövsiyələri verdi:

 

Quran - Kərim insan üçün müqəddəs bir hədəf təyin etmişdir, xilqətin məqsədi bəşəriyyətin səadət və  xoşbəxtliyidir – Qoy insan Allahın bu böyük nemətlərindən istifadə etsin!

 

İslam dini haqq olaraq bəşəriyyətin bütün sorğularına cavab verir, dinimizdə bütün təbəqələr, sinif və qruplar nəzərə alınır, onların ehtiyacı qədər onlara diqqət yetirilir.

 

İnsan öz başına buraxılsa onun nəfsi onu elə bir yerə çəkəcəkdir ki, o yerdə olmamalıdır. Çöldən də şeytanlar, insan və cin simasında olan iblislər əl - ələ verərək onu haqq yolundan azdıracaqlar.

 

Müasir dövrdə rabitə və əlaqə vasitələri genişlənmişdir, modern texnologiya vasitələri meydana gəlmişdir Dinin təbliğatında bunlardan istifadə etməliyik.

 

Biz öz mədəniyyətimizi (dini mədəniyyətimizi) beynəlxalq müstəizədə ortaya qoymalıyıq. Mədəniyyətin və incəsənətin öhdəmizə qoduğu fürsət və imkandan istifadə edərək mədəniyyətlərin savaşında İslam dinini və Quran mədəniyyətini dünyaya tanıtdırmalıyıq. Heç bir azadə insan haqq kəlamından qaçmaz.

 

http://shabestan.ir/detail/News/654090

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده