خبرگزاری شبستان

پنج شنبه ۳ مهر ۱۳۹۹

الخميس ٧ صفر ١٤٤٢

Thursday, September 24, 2020

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, September 5, 2017 Xəbər kodu : 30760

İslam iqtisadi göstərişləri unudulmaqdadır
sahələrini, xurmalıqları abad edər, su ilə dolu quyular qazar və onları xalqa vəqf edərdi. Bunların bir çoxu günümüzə kimi gəlib çatmış və indi də bərəkət mənbəyinə çevrilmişdir.

Höccətül - islam vəl - müslimin  Seyid Kasim Rəzzaqi Musəvi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində Əhli – beyt (ə) təfəkküründə, xüsusən İmam Əli (ə)-ın baxışında vəqfin yerindən danışdı. O dedi: Ümumiyyətlə vəqf məsum imamların həyat tərzi və fəaliyətlərində xüsusi önəm və yerə malik olmuşdur. Xüsusən Həzrəti Əli (ə) yerləri əkin sahələrini, xurmalıqları abad edər, su ilə dolu quyular qazar və onları xalqa vəqf edərdi. Bunların bir çoxu günümüzə kimi gəlib çatmış və indi də bərəkət mənbəyinə çevrilmişdir.

 

Deməli, Əhli – beytin (ə) yaşam tərzində və dini fəaliyyət kursunda vəqfin xüsusi önəmi vardır.

 

Məsum imamlarımız özlərinin iqtisadi fəaliyyətlərində iş və zəhmətə xüsusi yer verərdilər.  Bütün bunlara baxmayaraq biz cəmiyyətdə həqiqi islam iqtisadiyyatının elementlərini görmür və iqtisadiyyatımızda islamın iqtisadi yanaşmanın şahidi olmuruq.

Həqiqətdə cəmiyyətimizdə islam iqtisadiyatına maraq azalmışdır. Və yönəmi islam iqtisadiyyatı olan fəaliyyətlər kəmrəng olmuşdur. Biz Əhli – beytin (ə) iqtisadi təfəkkürünü və iqtisadi ideyalarını ələ gətirməliyik. Sonra onları cəmiyyətimizdə tətbiq etməyə başlamalıyıq.

 

Burada ümumi şəkildə, ümumi yanaşma ilə Əhli – beytin (ə) iqtisadi göstərişlərinə yanaşmaq bir o qədər də öz faydasını qoymayacaqdır. Biz Əhli – beyt (ə) məktəbinin iqtisadi göstərişlərini örnək olaraq cəmiyyətə təqdim etməliyik.

 

http://shabestan.ir/detail/News/653791

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده