خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Monday, September 04, 2017 Xəbər kodu : 30724

Dünyanın ən yoxsul adamı
Bu dünyada ən yoxsul və ən fəqir insan – cahil insandır. Ona görə də deyə bilərik ki, yoxsulluqdan da pis bəla – cəhalətdir. O cahil ki, dini mərifətdən uzaqdır, o, ən yoxsul və ən bədbəxt insandır.

Bu dünyada ən yoxsul və ən fəqir insan – cahil insandır. Ona görə də deyə bilərik ki, yoxsulluqdan da pis bəla – cəhalətdir. O cahil ki, dini mərifətdən uzaqdır, o, ən yoxsul və ən bədbəxt insandır.

 

Ustad Ənsarian bu haqda buyurur: “Bu dünyada ən fəqir və ən yoxsul insan – cahil insandır. Maddi elmə cəhaləti olan deyildir, dini mərfifətə cəhaləti olan insan.

 

Allah Təala Quranda buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).

 

Bir çox insanlar maddi elmi yaxşı bilsələr də, dini savadları yoxdur. O kəsin ki, Allaha, Qiyamətə və İlahi əhkama biliyi olmaz – həqiqətdə saleh əməli də olmaz. Çünki cahildir və heç bir zaman nicat tapmayacaqdır.

 

Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! Yoxsulluq və fəqirlik nadanlıqdan ağır deyildir”.

 

Qurani-Kərim bu cür insanlar haqqında buyurur ki, cəhənnəm əhlinin bir müddət danışmaq qüdrəti olar, ancaq sonra bu qüdrət onlardan alınar və lal olarlar. Nalə çəkər və qışqırarlar, ancaq danışa bilməzlər”. (Tebyan)

Ona görə də deyə bilərik ki, dini mərifətə cahil olmaq – ən pis bəladır və hətta maddi ehtiyaclılıqdan da pisdir.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده