خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, September 03, 2017 Xəbər kodu : 30712

Arakan, Cənubi Asiyanın Qəzzası: bu kimin “əsəridir”?
Türkiyənin "Sabah" qəzetində dərc edilən məqaləni oxucuların diqqətinə təqdim edirik.

Artıq 5 ildən çoxdur ki, Arakan müsəlmanları Myanmada hətta Qəzza müsəlmanlarından daha çox qanlarına qəltan edilirlər. 2012-ci ildən Arakan əyalətində müsəlman-rohinyaların məruz qaldıqları zorakılıq heç də İsrailin işğalı altında olan fələstinlilərə qarşı tətbiq edilən kütləvi qırğınlar, mütəmadi işgəncələrdən və etnik təmizləmərdən geri qalmır. Son həftə ərzində isə Arakanda zorakılıq artıq soyqırım həddinə çatıb.

Üç gün ərzində (25-28 avqust) irqçi buddistlər və Birma hərbçiləri 3 min müsəlmanı qətlə yetirdilər. Arakanda 8 əsrdir ki yaşayan müsəlmanları vətənlərindən didərgin salırlar, evlərini yandıraraq torpaqlarını zəbt edirlər.  Buddistlər hətta 100 kilometrlik meşə zolağına da od vurdular və burada gizlənən müsəlmanların düşərgələrinin külünü göyə sovurdular. 2012-ci ildən davam edən etnik təmizləmələr nəticəsində müsəlman-rohinyaların sayı 1,3 milyondan 8—minə enib. 100 min müsəlman öldürülüb, 400 min isə Banqladeş, Hindistan, Tailand, Malayziyaya sığınıb.

Buna görə kim cavabdehlik daşıyır? Daha yaxından nəzər salanda, biz Fələstin faciəsinə yol açanları görə bilərik. Arakan böhranının əsas səbəbi Böyük Britaniyadan sonra ABŞ, Çin və Rusiyanın yürütdükləri imperiya strategiyasıdır. Britaniyadan başlayaq... Afrika, Asiya və Yaxın Şərqdə olduğu kimi, britaniyalılar Birmada da çirkin siyasətə əl atdılar. 1948-ci ildə Arakanı Şərqi Pakistana (1971-ci ildən Banqladeş dövləti) deyil, buddist Birmaya birləşdirərək, onlar nifaq toxumları səpdilər və bu nifaq günümüzə qədər davam edir. Bundan əlavə, 1942-ci ildə Yaponiya işğalı zamanı arakanlılar qəhrəmancasına Birmanı müdafiə edirdilər. Britaniyalılar isə 1948-ci ildə Birmanı yaponlarla əmkdaşlıq edən general Aun Sana təhvil verdilər. Aun San hazırda Myanmanın xarici işlər naziri olan Nobel mükafatı laureatı Aun San Su Çjinin atasıdır. 1948-ci il Konstitusiyasında general San arakanlılara vətəndaşlıq vermədi və onları yalnız etnik qruplardan biri kimi müəyyənləşdirdi.

Xunta administrasiyası isə hətta bu təyinatı da ləğv etdi. Beləliklə də, sayı az qala 1,5 milyon nəfərə çatan rohinya Arakanda dünyanın ən böyük dövlətsiz və vətəndaşsız xalqına çevrildi. Bir zamanlar Birmanı xilas edən arakanlıları indi ölkədən qovurlar. İngilis-sakson siyasəti də məhz bundan ibarətdir: aldatmaq və şəxsi mənafe əldə etmək.

Arakan faciəsinin digər qütbündəsə ABŞ, Çin və Rusiyanın rəqabətidir. 2004-cü ildə Arakanda böyük energetik ehtiyatlar yataqları aşkarlandıqdan sonra müsəlmanların vəziyyəti bir qədər də pisləşdi. 2013-cü ildə Çin Arakandan Yunnan vilayətinə qaz və neft kəmərinin tikintisini başa vurdu. Bu boruların yardımı ilə Çin Yaxın Şərqdən nəql edilən energetik ehtiyatları daha ucuz və təhlükəsiz, ABŞ-ın nəzarətində olan Malaq boğazından yayınaraq əldə etmək imkanı qazandı.

Bunu görən ABŞ 2012-ci ildə Arakan problemini qlobal böhrana çevirdi və Çinin mühasirəyə alınması planına start verdi. Artıq 5 ildir ki, əsas etibarı ilə Corc Soros tərəfindən maliyyələşdirilən 18 qeyri-hökümət təşkilatının cəm olduğu “Birma üzrə məqsəd qrupu” (Burma Task Force) guya arakanlıların faciəsinə əlac etmək yollarını arayır. Hərçənd, İsrail-Fələstin “sülh prosesindən” bizə məlumdur ki, imperiya dövlətlərinin sülhü bərqərar etmək üçün göstərdikləri bütün səylər münaqişə strategiyası, işğal və nəzarət edilən faciənin tərkib hissəsidir. Axı ABŞ-ın işə qarışmasından sonra Arakandakı zorakılıq bir anın içində soyqırıma çevrildi.

Bəs nə üçün bu soyqırıma cavab olaraq dünya məşhur 3 meymunu təqlid edir? Nə üçün Pekin və Moskva mart ayında BMT Təhlükəsizlik Şurasının Arakan üzrə qətnaməsinə veto qoydular? Çünki Arakan müsəlmanlarının məhv edilməsinin faydası çox böyükdür. ABŞ, Çin və Rusiya energetika, buddistlər isə torpaqlar arzusundadırlar. Onlar hamısı əlbirdilər. Elə bu səbəbdən də susurlar!

(Tərcümə: İslam.az)

Açar sözlər:
|
|
|

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده