خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, August 31, 2017 Xəbər kodu : 30640
Höccətül-İslam Pənahiyan
Ərəfə duasında insan ancaq Allaha güvənə biləcəyini anlayır
Şəbistan xəbər agentliyi: Höccətül-İslam Pənahiyan dedi: Ərəfə duasında insan özünə güvənməkdən əlini üzmüş və ancaq pənah və güvəncə Allahı layiq bilir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, hövzə və universitet ustadı Höccətül-İslam Əlireza Pənahiyan Şəhrivər ayının səkkizinci günü "Fatimətüz-Zəhra" hüseyniyyəsində təşkil olan silsiləvar əxlaq dərsində bəyan etdi ki, dua ancaq istiğfar etmək üçün deyil. O insanı günahlardan və çirkinliklərdən pak etməkdən əlavə, öz həqiqətini tanımaq üçündür.

 O sözünü belə davam etdirdi: İnsanlar xariqüladə gücə sahibdirlər ki, ona yetişmək üçün öz pisliklərini tanımalı və aradan aparmallıdırlar. Bu yollardan biri dua və Allaha yalvarmaqdır.

O, qeyd etdi ki, dua insanın vücudunda dərin bir baxışla batini bir axtarışdır. Qorxu və xəşyətlə oxunan dua bu tanışlığın nəticəsidir.

BU universitet ustadı bəyan etdi ki, Allah Öz bəndərinə qarşı anadan da mehribandır.etdiyi pis əməllərə görə narahat olan şəxsi Öz pənahında qərar verər. Şəhidlər həmişə Allahdan xeyirli aqibət istəyirdilər. Çünki, özünə güvənən hər bir şəxs günaha doğru rahat bir şəkildə addımlayır.

Hər nə qədər insan öz qəlbinin dərinliyində yaxşılığa inancı az olarsa, müvəffiriyyəti daha çox olacaqdır. Çünki, onun güvənc yeri ancaq Allah olmuşdur. Dua ilə özünü Ona yaxınlaşdırmışdır.

Əli (ə) Allah yanında sahib olduğu o böyük məqamı ilə belə, heç vaxt özünə güvənmirdi. Necə ki, Peyğəmbərin (s) dilindən öz şəhadət xəbərini eşidən zaman soruşdu ki, o vaxt mən dinimdə salim olacam ya yox?

İnsanın özünə güvənməməsi onun qəlbini yumşaldır. Müaviyə, Təlhə və Zübeyr kimilər özlərinə çox güvənirdilər. Elə bu işdə onları Əhli-beytlə düşmənçiliyə sürüklədi.http://shabestan.ir/detail/News/652700

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده