خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 30, 2017 Xəbər kodu : 30616

Ölülərimizə edə biləcəyimiz böyük hədiyyə
“Qəbirlərdə yatan ölülərinizi unutmayın. Ölülərinizin sizə ehsan ümidi vardır. Ölüləriniz zindandadırlar və sizin yaxşı əməllərinizə rəğbət bəsləyirlər. Onların əməl yerinə yetirməyə qüdrətləri yoxdur. Siz dua və sədəqəni onlara hədiyyə edin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi unutmayın. Ölülərinizin sizə ehsan ümidi vardır. Ölüləriniz zindandadırlar və sizin yaxşı əməllərinizə rəğbət bəsləyirlər. Onların əməl yerinə yetirməyə qüdrətləri yoxdur. Siz dua və sədəqəni onlara hədiyyə edin”.

 

Malik ibni Dinar nəql edir: “Cümə gecəsi qəbiristana daxil oldum və anidən parlayan nur gördüm. Təəccüb edib, dedim: “Sanki Allah bu qəbiristanı bağışlamışdır”. Anidən eşitdim ki, gizli bir səs deyir: “Ey, Malik ibni Dinar! Bu, möminlərin qəbir əhlinə olan hədiyyəsidir”.

Dedim: “Səni dilə gətirən Allaha and verirəm, o hədiyyə nədir?”.

Dedi: “Möminlərdən biri bu gecədə qalxıb kamil dəstəmaz alıb və iki rükət namaz qılıbdır. Birinci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və ikinci rükətdə “Həmd”dən sonra “Tövhid” surəsini oxuyubdur. Sonra isə deyibdir: Allahım, mən bu namazın savabını mömin olan qəbir əhlinə hədiyyə edirəm”. Ona görə də Allah bizə hər tərəfdən: şərqdən, qərbdən nur və genişlik inayət etmişdir”. (Tebyan)

 

Malik davam edir: “Mən də bu namazı davamlı olaraq cümə gecələrində qılırdım və bir gün Peyğəmbəri (s) yuxuda gördüm ki, mənə buyurur: “Ey Malik! Mənim ümmətimə hədiyyə etdiyin nurun qarşılığında onun savabı olaraq Allah səni bağışlamışdır. Allah behişt qəsrində ki, onu Mənif adlandırırlar, sənin üçün ev inşa etmişdir””.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده