خبرگزاری شبستان

یکشنبه ۵ خرداد ۱۳۹۸

الأحد ٢٢ رمضان ١٤٤٠

Sunday, May 26, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 30, 2017 Xəbər kodu : 30615

Ayətullah Xamenei Ayətullah Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Qum dini elmi hövzənin tanınmış ustadlarından və İmam Xomeyninin (rə) şagirdlərindən olan Ayətullah Ruhullah Şahabadinin vafatı münasibəti ilə başsağlığı verib.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

 

“Allahın adı ilə! Cənab Ayətullah  Hac Ağa Nəsrullah Şahabadi. Rəbbani alim mərhum Ayətullah  Hacı Ağa Ruhullah Şahabadinin vəfatını sizə və Şahabadi ailəsinə başsağlığı deyir və təqvalı insanın yaxınlarına Allahdan səbr diləyirəm.  Allahdan onun ruhu üçün səmimi qəlbdən rəhmət və məğfirət diləyirəm” 

 

Xatırladaq ki, Ayətullah Ruhullah Şahabadi uzun müddət Tehran, Qum, və Nəcəf şəhərlərində böyük din alimləri və müctəhidlər Ayətullah Bürucerdi, Seyid Əhməd Xansari, Əllamə Təbatəbai, Ayətullah Xoi və Ayətullah Ərakidən dərs alıb. O, həmçinin 20 il İmam Xomeyni (rə) həzrətlərinin şagirdi olub.

 

Mərhum Ayətullah Şahabadi özü də uzun müddət dini hövzədə dərs deyib və çox sayda tələbələr yetişdirib.

 

Mərhum Ayətullah Şahabadi iyul ayında böyrəyində yaranmış problemlə bağlı Tehranda xəstəxanaya yerləşdirilmişdi. Ayətullah Şahabadi avqustun 28-də vəfat edib. Onun cənazəsi bu gün Qumda Həzrət Məsumənin (s.ə) hərəmində dəfn olunub.(maide saytının tərcüməsindən yararlanılmışdır.)

 

http://shabestan.ir/detail/News/652514

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده