خبرگزاری شبستان

چهارشنبه ۲۹ شهریور ۱۳۹۶

الأربعاء ٢٩ ذو الحجّة ١٤٣٨

Wednesday, September 20, 2017

Servis xəbərlərinin titri

Yüz on beşinci Məhdəvi mədəni iclası

Axirəz-zamanda uşaqları təhdid edən bəlalar

Şəbistan xəbər agentliyi: Məhdəvi mədəni iclasların yüz on beşinci iclası 30-şəhrivərdə "Cinsi cinayətlər və uşaqların güvənsizliyi" mövzusunda Mövud müəssisəsində keçiriləcək.

Servis Əsas səhifə Zaman :   Monday, August 28, 2017 Xəbər kodu : 30579

Dövlət Komitəsi: Uşaqlar üçün nəzərdə tutulan “İslam ensiklopediyası” ilin sonunda çap olunacaq
"Uşaq və yeniyetmələr üçün qısa “İslam ensiklopediyası”nın hazırlanması istiqamətində işlər davam etdirilir".

"Uşaq və yeniyetmələr üçün qısa “İslam ensiklopediyası”nın hazırlanması istiqamətində işlər davam etdirilir".

Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

O bildirib ki, kitabın nəşri bu ilin “İslam Həmrəyliyi ili” elan edilməsindən sonra təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulub. Şöbə müdirinin sözlərinə görə, müxtəlif qurumlar kitabla bağlı təkliflərini veriblər.

N.Məmmədov qeyd edib ki, təkliflər Dövlət Komitəsində ümumiləşdirilib: "Ümumilikdə 800-ə yaxın söz müəyyənləşdirilib. Redaksiya heyəti, ensiklopedik məlumatları toplayan mütəxəssislər də müəyyənləşib. Hazırda məlumatların hazırlanması işi davam edir. Ümid edirik ki, sentyabr ayının ilk yarısında artıq ensiklopediyanın yazılarını bitirmiş olacağıq. Qısa müddətdə redaktə işlərini həyata keçirib kitabı çapa hazırlamağı düşünürük".

Şöbə müdiri deyib ki, hər şey plan üzrə getsə, “İslam ensiklopediyası” kitabı ilin son rübündə çap olunacaq.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده