خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, August 22, 2017 Xəbər kodu : 30536

Bütün qəmləri məhv etməyin yolu
Şəbistan Xəbər Agentliyi: Siz əsl dindarlara baxsanız onların nə qədər fərəhli və gümrah oldugunu hiss edəcəksiniz. Bunlar həyatın bütün qəm və kədərlərini qəlblərində bogub məhv ediblər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl - müslimin Əli Rza Pənəhian çıxışlarının birində belə qeyd edir. Adi və səthi şadlıglara yetişmək üçün xüsusi zəhmət çəkmək lazım deyildir. Onlar asanlıqla əmələ gəlir. Məsələn: bir lətifə deməklə, fit çalıb, əl çalıb qışqırmaqla, gülmək ilə, lakin bunlar insanı həqiqətən şad etmirlər. Müvəqqətən onun qəmini yaddan çıxardırlar.

 

Dərin şadlıga və sevincə yetişmək olduqca çətindir. Lakin onun özünün güclü təsirləri vardır. Əgər vücudumuzun tam dərinliyindən dogan bir sevinc istəyiriksə bəzi çətinliklərə dözməliyik. Ümumiyyətlə dində göstərilən bəzi çətinliklərin elə fəlsəfəsi də məhz budur. Din bizi əsl sevinc, fərəh və şadlıqlara yönəldir. Dinin bütün göstərişləri ibadətlər, ayinlər, çəkilən əziyyətlərdə məhz buna xidmət edir.

Din demir ki, qiyamətə kimi əzab görəcəksən. Bu dünyanın özündə də insanlar üçün şadlıg mövcuddur. Siz əsl dindarlara baxsanız onların nə qədər fərəhli və gümrah oldugunu hiss edəcəksiniz. Bunlar həyatın bütün qəm və kədərlərini qəlblərində bogub məhv ediblər. Hərçənd ki, bəlkə də onların sevincləri zahirdə bir o qədər də görsənməsin.

http://shabestan.ir/detail/News/646780

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده