خبرگزاری شبستان

چهارشنبه ۲۹ شهریور ۱۳۹۶

الأربعاء ٢٩ ذو الحجّة ١٤٣٨

Wednesday, September 20, 2017

Servis xəbərlərinin titri

Yüz on beşinci Məhdəvi mədəni iclası

Axirəz-zamanda uşaqları təhdid edən bəlalar

Şəbistan xəbər agentliyi: Məhdəvi mədəni iclasların yüz on beşinci iclası 30-şəhrivərdə "Cinsi cinayətlər və uşaqların güvənsizliyi" mövzusunda Mövud müəssisəsində keçiriləcək.

Servis Əsas səhifə Zaman :   Tuesday, August 22, 2017 Xəbər kodu : 30532

Niyə İmam Mehdi (ə)-ın silahdaşları cavanlardırlar?
Şəbistan Xəbər Agentliyi: Cavanların şəxsiyyət, xislət və məqamlarına baxdıqda onların məhz ədalət carçısının ətrafında toplanması şübhəli görünmür. Belə ki, onların bəzi xüsusiyyətləri arifanə, aşiqanə şəkildə İmam Mehdi (ə) - ın ətrafında toplanmaga səbəb olacaqdır.

Şəbistan Xəbər Agentliyi: Niyə Həzrəti Mehdi (ə) - ın silahdaşları cavanlar olacaqdırlar? Niyə İmam Mehdi (ə) - ın öz hakimiyyəti dövründə cavanlara əhəmiyyət veriləcəkdir?

Bu sualın cavabını belə vermək olar:

 

Cavanların şəxsiyyət, xislət və məqamlarına baxdıqda onların məhz ədalət carçısının ətrafında toplanması şübhəli görünmür. Belə ki, onların bəzi xüsusiyyətləri arifanə, aşiqanə şəkildə İmam Mehdi (ə) - ın ətrafında toplanmaga səbəb olacaqdır. Onlar aşagıdakılardan ibarətdir:

 

Batini səfa, yersiz tərslik və inadın olmaması. Çünkü onlar pak fitrətlərin əsasında haqq carçısının sədasına “ləbbeyk” deyəcəklər. Məhz elə bu ugur elə Həzrət Peygəmbərimizə (s) də ugur gətirən məqamlardan biri oldu. O da cavanların sahəsində dini qoruyub saxlaya bildi.

 

Zühur zamanı cavanlar kütləvi syratdə Həzrəti Mehdi (ə) - a tərəf gələcəklər. Çünkü onların qəlbi hər cür çirkintiliklərdən uzadır. Bir az yaşlıların daxili aləmində müşahidə edilən paslar, çirklər, qıfıllar onlarda müşahidə edilmir. Məhz buna görə də onlar Həzrəti Mehdi (ə) - a tez qoşulacaqlar.

 

http://shabestan.ir/detail/News/648527

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده