خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 16, 2017 Xəbər kodu : 30512

Zühur mədəniyyətində rahatçıllıq yoxdur
Şəbistan Xəbər Agentliyi: Belə bir təfəkkürlə imamın gəlişini gözləyənlər əslində qeybdə olan imamı sevirlər, qiyam edən imamı deyil. Təsadüfü də deyildir ki, o həzrətin qabağında dayanaraq itaətsizlik edənlər də məhz belə bir təfəkkürün daşıyıcıları olacaqlar.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Cavadi Amuli “İmam Mehdi (ə.f) vədə verilən diri varlıq” əsərində Musa peyğəmbərin qövmünün cihaddan qaçmasına toxunaraq yazır: Onlar öz peyğəmbərlərinə dedilər:

 

 فَاذْهَبْ أَنْتَ وَ رَبُّکَ فَقاتِلا إِنَّا هاهُنا قاعِدُونَ

 

«Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».

 

Belə bir təfəkkürlə imamın gəlişini gözləyənlər əslində qeybdə olan imamı sevirlər, qiyam edən imamı deyil. Təsadüfü də deyildir ki, o həzrətin qabağında dayanaraq itaətsizlik edənlər də məhz belə bir təfəkkürün daşıyıcıları olacaqlar.

 

Həqiqi müntəzirlər qəlbi nurlular və cavanlar olacaqlar. Hədislərə əsasən İmam Mehdinin (ə) silahdaşları arasında qocalar “gözə vurulan sürmə və yaşayış azuqəsi içində duz” qədərindədir.

 

عن امیرالمومنین علیه السلام قال: «أَصْحَابُ الْمَهْدِيِ شَبَابٌ لَا كُهُولَ فِيهِمْ إِلَّا مِثْلَ كُحْلِ الْعَيْنِ وَ الْمِلْحِ فِي الزَّادِ وَ أَقَلُّ الزَّادِ الْمِلْحُ

 

http://shabestan.ir/detail/News/647551

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده