خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, August 15, 2017 Xəbər kodu : 30506

Ali Rəhbərdən Məsləhət Şurası ilə bağlı yeni vəzifə təyinatları
Şəbistan Xəbər Agentliyi: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir hökmdə İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri, katibi və üzvlərini təyin ediblər.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinin informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri bu hökmdə Ayətullah Seyid Mahmud Haşemi-Şahrudini İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri və Mohsen Rezayini şuranın katibi təyin ediblər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin bu hökmdə üç hakimiyyət qüvvəsinin başçıları, Nigəhban Şuranın fəqihləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Milli Təhlükəsizlik Ali Şurasının katibi, bəhs olunan məsələnin aid olduğu orqanın başçısı və ya naziri, eləcə də İslam Şurası Məclisindən bəhs olunan məsələ ilə bağlı komissiyanın sədrini İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının hüquqi şəxsləri kimi təyin ediblər.

O həzrətin hökmünə əsasən, ayətullah və höccətulislam dini dərəcələrinə malik cənablar Seyid Mahmud Haşemi-Şahrudi, Əhməd Cənnəti, Əmini-Nəcəfabadi, Movəhhedi-Kermani, Natiq Nuri, Həsən Sanei, Mohseni Ejei, Moctəhed Şəbüstəri, Seyid İbrahim Rəisi, Dorri Nəcəfabadi, Möhəmmədi Eraqi, Məcid Ənsari, Mesbahi-Moqəddəm, eləcə də cənablar Qolamreza Ağazadə, Əli Ağamohəmmədi, Mahmud Əhmədinejad, Mohəmməd Cavad İrəvani, Mohəmmədreza Bahonər, Əhməd Təvəkkoli, Səid Cəlili, Qolaməli Həddad-Adel, Davud Daneş-Cəfəri, Pərviz Davudi, Mohsen Rezayi, Seyid Mohəmməd Sədr, Mohəmmədhoseyn Səffar-Hərəndi, Mohəmmədreza Aref, Mohəmməd Foruzənde, Seyid Həsən Firuzabadi, Mohəmmədbaqer Qalibaf, Hoseyn Mohəmmədi, Hoseyn Mozəffər, Seyid Mostəfa Mir Səlim, Seyid Mohəmməd Mir Mohəmmədi, Seyid Morteza Nəbəvi, Əli Əkbər Vilayəti, Sadeq Vaezzade və Əhməd Vəhidini İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının fiziki şəxsləri kimi təyin ediblər.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin bu hökmdə külli siyasətlər məcmusunun qaydaya salınması; adların, eləcə də onların təyini və tənzimi prosesinin yenidən nəzərdən keçirilməsi; siyasətlərin icrasına nəzarət məsələsinin qaydaya salınması; siyasətlərin səmərəli və təsirli olmasının dəyərləndirilməsi üçün lazımı mexanizmin yaradılması; qəbul olunmuş əsasnaməyə uyğun proqramların təmərküzləşdirilməsi, idarəsi və təşkilat sistemində tam intizamın yaradılması; təşkilatın yüngülləşdirilməsi və paralel və zərurəti olmayan bölmələrin ləğv edilməsini vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri, katibi və üzvləri üçün ilahi hidayət və müvəffəqiyyət arzu ediblər.

 

http://shabestan.ir/detail/News/648648

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده