خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Sunday, August 13, 2017 Xəbər kodu : 30505

İslamda insanın dəyəri
Bildiyimiz kimi, Adəmin (ə) vücudunun maddi hissəsini dəyərsiz palçıq, mənəvi hissəsini isə Allahın ruhu təşkil edir. Allah-Taala insana ilahi, səmavi, yüksək ruh bağışlamışdır ki, elə buna görə də, digər varlıqlardan fərqlənir

İslam baxımından insanın əzəmətini açıqlayan ilk məsələ bəşərin atası həzrət Adəmin (ə) yaranışıdır. Bildiyimiz kimi, Adəmin (ə) vücudunun maddi hissəsini dəyərsiz palçıq, mənəvi hissəsini isə Allahın ruhu təşkil edir. Allah-Taala insana ilahi, səmavi, yüksək ruh bağışlamışdır ki, elə buna görə də, digər varlıqlardan fərqlənir.

Allah-Taala həzrət Adəmi (ə) yaratdıqdan sonra mələklərə əmr edir ki, ona səcdə etsinlər. İblisdən başqa, Allahın bütün mələkləri Adəmə (ə) səcdə etdilər.

(Maraqlıdır ki, İslam insanı mələklərin xüsusi ehtiramla səcdə qıldıqları ilahi ruhun sahibi, məxluqatın əşrəfi sandığı halda, insan hüquqlarından dəm vuranlar isə istənilən vaxt millət və ölkələri həmin bər-bəzəkli adlarla istismar edirlər.)

Diqqət yetirmək lazımdır ki, Allah-Taala Qurani-Kərimdə “Təbarəkəllahu əhsənul-xaliqin” (Xilqətə ən gözəl surəti bəxş edən Allah çox ucadır!– ibarəsini yalnız bir dəfə və o da insanın yaradılışından sonra işlədib. Bu tərifin yerin, göylərin, günəşin, ulduzların, ayın, kəhkəşanların və digər varlıqların xilqəti kənarında müstəsna yeri var. Allah tərəfindən Özü haqda deyilən bu tərif insanın yaradılanlar içərisində ən üstün məqama layiq olduğunu bildirir.

Bütün bu mətləblərə rəğmən, Qurani-Kərimdə göstərilir ki, bütün varlıqlar insana ram edilib. “Loğman” surəsinin 20-ci ayəsində buyurulur:

أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ

“Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətlərini sizə bol-bol bəxş etdiyini görmürsünüzmü?! İnsanların bəzisi elmi (və əqli dəlili), düz yol göstərən bir əsası və aydın bir (səmavi) kitabı olmadan Allah barəsində mücadilə və mübahisə edir.”

Bu ayə yerdə və göydəki bütün varlıqların insana ram edildiyini göstərir.

Allah-Taala “İbrahim” surəsinin 32-33-cü ayələrində insana ram edilən bəzi varlıqların adını çəkərək buyurur:

وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ وَسَخَّرَ لَكُمُ الأَنْهَارَ. وَسَخَّر لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَآئِبَينَ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ

“Onun iradəsi ilə dənizdə üzən gəmiləri sizə ram edib, axan çayları sizə ram edb, daim hərəkətdə olan günəş və ayı sizə ram edib. Gecə ilə gündüzü də sizə ram edib.”

Sual: Əgər gəmini düzəldən və onu sürən insanın özüdürsə, nə üçün Allah-Taala “Biz onu ram etdik!” – deyə buyurur?

Cavab: İnsanın hazırladığı bütün əşyaları, o cümlədən, gəmi və sairi təşkil edən ləvazimat və materiallar xilqətin bizə verilən töhfəsidir. Onları hər hansı hala və formaya salabilmə qabiliyyəti, bilik və sair istedadlar da bizə bəxş edilən məharətlərdir. İnsanın bacarığı daxilində təbiət və kainatda olan qanunauyğunluqları kəşf edərək əldə etdiyi nailiyyətləri yaradılış aləmində Xaliqin hikmət qələminin ssenarisi əsasında həyata keçir və buna Qurani-Kərimin dilində ram deyilir. Odur ki, bütün varlıqlar, o cümlədən, ayədə adı çəkilənlər insanın həyatı, asayişi və təkamülü prosesinin ayrı-ayrı komponentləridir. Bir sözlə, məxluqatın insana görə yaranması, ona ram edilməsi kimi anlayışlar daha dərin məna kəsb edir.

Qurani-Kərim insanı yer üzündə Allahın canişini və xəlifəsi sanır. Görəsən, bundan da böyük məqam təsəvvür olunurmu? Hətta Allah-Taalanın ən yaxın mələkləri belə, bu məqama malik deyillər! Onun yalnız insana verilməsi Allah dərgahındakı son dərəcə böyüklüyündən irəli gəlir.

Qurani-Kərimə əsasən, həzrət Adəmin (ə) xilqəti zamanı mələklər arasında yaranan şübhəni aradan qaldıran elə həzrət Adəmin (ə) özü olur və onlara bir sıra sirləri öyrətməklə “müəllim” adını qazanır.

Həqiqətdə, insanı olduğu kimi qiymətləndirən İslamdır! İnsana öz qiymətli vücudunu ucuz satmaq, şəxsiyyətini ötəri ehtiraslarla, mal-dövlət və vəzifə ilə dəyişmək yaraşmaz! Bunu alış-veriş zamanı satdığı malın qiymətini bilməyənlər edir. Həqiqi insanşünas imam Əli (ə) buyurur:

...إِنَّهُ لَيْسَ لِأَنْفُسِكُمْ ثَمَنٌ إِلَّا الْجَنَّةَ فَلَا تَبِيعُوهَا إِلَّا بِهَا

“Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuz satmayın!” (“Nəhcül-bəlağə”, qısa kəlalmlar 456.)

Yəni insanın qiyməti dünyada olan hər bir şeydən üstündür. İslam və Quran baxımından insanın dəyəri budur! (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.117-120.)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده