خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Sunday, August 13, 2017 Xəbər kodu : 30501

İmam Mehdi (ə)-ın silahdaşları İmam Sadiq (ə)-ın kəlamında
Şəbistan Xəbər Agentliyi: Peygəmbərimiz və məsum imamların həyat tərzində ibadət, namaz, uzun səcdələr, uzun - uzadı qunudlar özünü göstərərdi. Hal və ruhiyə ilə, yorgunçuluq və halsızdıqdan uzaq olan, səbir və dözüm ilə ibadət insanı Allahın sevimlisinə çevirər

Şəbistan Xəbər Agentliyinin məlumatına görə,İmam Sadiq (ə) hədislərin birində Həzrəti Mehdi (ə)-ın səhabələrindən danışarkən deyir:

 

رجالٌ یناموُن اللَّیلَ، لَهُم دویٌ فی صلاتِهم کَدَوِی ِ النَّحل ِ، یَبیتونَ قیاماً علی اطرافِهِم و یُصبِِحونَعلی خُیولهم، رُهبانٌ بِاللَّیل ِ، لُیوثٌ بالنَّهار...

 

Onlar gecəni oyaq qalarlar. Namazlarında zümzümə edərlər. Elə bil ki, arılar pətəyin içində zümzümə edirlər. Gecələr ibadətə dayanarlar. Gündüzlər isə atların belinə süvar olarlar (cihad üçün çalışarlar), onlar gecələrin zahirləri, gündüzlərin isə şirləridirlər.

 

Bu xüsusiyətlər bütün ilahi insanların, müqəddəs  şəxslərin həyatında özünü göstərir. İmam Əli (ə) bu xüsusiyyətlərin bariz numunəsi idi. Bizim bütün imamlarımız dua edər, ibadətlə məşgul olar, göz yaşı tökər,gecələr ah cəkib, gündüzlər isə alın təri tökərdilər.

 

Peygəmbərimiz və məsum imamların həyat tərzində ibadət, namaz, uzun səcdələr, uzun - uzadı qunudlar özünü göstərərdi. Hal və ruhiyə ilə, yorgunçuluq və halsızdıqdan uzaq olan, səbir və dözüm ilə ibadət insanı Allahın sevimlisinə çevirər. Məhz buna görə də bu əməllər bu qədər tapşırılmış və Həzrəti Mehdi (ə) - ın davamçılarının xüsusiyyətlərindən hesab edilmişdir.

 

http://shabestan.ir/detail/News/647438

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده