خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Sunday, August 13, 2017 Xəbər kodu : 30498

Sirr saxlamaq Həzrəti Əli (ə)-ın sözlərində
Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) öz səhabələrinə deyərdi. Öz sirlərinizi doslarınıza deməyin. O sirlərini deyin ki, əgər düşmənlərinizdə bilsə sizin üçün zərərli olmayacaqdır. Çünkü insanın dostu ola bilsin ki, bir gün onun düşməninə çevrilsin.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, başqasının işində araşdırmalar aparmaq, eyiblərini aramaq Quran tərəfindən nəhl edilmişdir. Allahın Rəsulu (s) İmam Əli (ə)-a buyurur: Ey Əli, dörd dəstə vardır ki, əgər onlara hörmətsizlik edilib təhqir olunsalar, gərək özlərindən başqa bir kəsi qınamasınlar. Onlardan biri də iki nəfər sirli bir şeydən danışarkən icazəsiz onlara qulaq asan şəxsdir.

Həzrəti Əli (ə) xütbələrində səhabələrinə deyərdi. Müsəlmanların qeybətini etməyin. Onların eyiblərini və çirkinliklərinin üstün açmayın. Çünkü hər kəs başqalarının eybinin üstünü açsa, Allah onun eyiblərini aşkar edər.

 

İmam Sadiq (ə) öz səhabələrinə deyərdi. Öz sirlərinizi doslarınıza deməyin. O sirlərini deyin ki, əgər düşmənlərinizdə bilsə sizin üçün zərərli olmayacaqdır. Çünkü insanın dostu ola bilsin ki, bir gün onun düşməninə çevrilsin.

 

İmam Əli (ə) Malikə xitabən deyir. Bacardıgın qədər insanların eyiblərini və çirkinliklərini gizlət ki, Allah da sənin eyiblərinin örtsün, o eyiblər ki, xalqdan gizlədməyini istəyirsən.

 

İmam Musəbni Cəfər (ə) buyurardı: Hər kəs müsəlman qardaşının sirinin üstünü örtsə, qiyamət günü onun başının üstündə Allahın kölgəsindən başqa bir kölgə olmayacaq çünki, ərşin sayəsi altında Allah yerləşir.

 

http://shabestan.ir/detail/News/647471

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده