خبرگزاری شبستان

شنبه ۵ اسفند ۱۳۹۶

السبت ٩ جمادى الثانية ١٤٣٩

Saturday, February 24, 2018

Servis xəbərlərinin titri

Səkkiz yüz tələbə İmam Rza (ə) hərəmində

Səkkiz yüz tələbə cütlük həyatlarının ən şirin günü İmam Rza (ə) hərəmində

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Monday, August 07, 2017 Xəbər kodu : 30492

Bu gün müsəlmanların özgürlüyü təhdid qarşısındadır
Şəbistan Xəbər Agentliyi: İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi İslam Dünyası alimlərinin terrorizm ilə mübarizə aparmaq məqsədi ilə əməkdaşlıq etmələrini istəyib.

Ayətullah Əraki terrorizm ilə mübarizə aparmaq üçün müsəlman alimlər arasında əməkdaşlığa təkid etdi

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Möhsün Əraki şənbə günü Tehran və Bakı arasında birgə seminarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.

 

Ayətullah Əraki bu görüşdə terrorizm əleyhinə sadəcə hərbi mübarizənin kafi olmadığını vurğulayaraq, deyib: Müharibə və terrorizmin regionu bürüdüyü hazırkı şəraitdə birlik və həmrəyliyin qorunması vacibdir.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bu görüşdə İran və Azərbaycan arasında dini əməkdaşlıqların genişləndirilməsini istəyərək, bu kimi seminarların keçirilməsini birgə əməkdaşlıqların nəticəsi adlandırıb.

 

İran və Azərbaycan arasında ilk birgə düşüncə seminarı "İran və Azərbaycan alimlərinin baxışında İslam həmrəyliyi" mövzusu ilə Tehranda keçirilməkdədir. Bu seminara hər iki ölkənin ziyalı təbəqəsindən tanınmış simalar qatılıb

 

http://shabestan.ir/detail/News/647007

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده