خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Monday, August 07, 2017 Xəbər kodu : 30491

“İmam Rza (ə)-ın kəlamlarında Həzrəti Mehdi (ə)-ın cilvələri” kitabı
Şəbistan Xəbər Agentliyi: “İmam Rza (ə)-ın kəlamlarında Həzrəti Mehdi (ə)-ın cilvələri” kitabı Ayətullah Seyid Məhəmməd Baqir (ə) Əbtəhi İsfəhani tərəfindən qələmə alınmış Seyid Məhəmməd Səccadi İsfəhaninin vasitəsi və xüsusi hümməti ilə tərcümə edilmişdir.

İmam Rza (ə)-ın kəlamında Bəqiyətullahın (ə) fəzilət və sifətləri barədə yeni kitab

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, “İmam Rza (ə)-ın kəlamlarında Həzrəti Mehdi (ə)-ın cilvələri” kitabı Ayətullah Seyid Məhəmməd Baqir (ə) Əbtəhi İsfəhani tərəfindən qələmə alınmış Seyid Məhəmməd Səccadi İsfəhaninin vasitəsi və xüsusi hümməti ilə tərcümə edilmişdir.

 

Bu kitab 12 fəsildən ibarətdir. Birinci fəsildə İmam Rza (ə)-ın imamətindən söhbət açılır.

İkinci fəsildə cəmiyyətin Allahın höccətinə olan ehtiyac zikir edilir.

Üçüncü fəsildə isə Həzrəti Mehdi (ə)-ın soy - kökü araşdırılır.

Sonrakı fəsillərdə Həzrəti Mehdi (ə)-ın dünyaya gəlməyi, ləqəbləri, həqiqi adının nədən ibarət olması və bununla baglı məsələlər ortaya qoyulur. Daha sonra isə o həzrətin Peygəmbərə oxşarlıqları, bənzərlikləri, fəzilətləri, sifət və xüsusiyyətləri oxucuya çatdırılır.

 

O həzrətin qeybəti, zühurundan sonra baş verən fitnə və hadisələr, olunan sınaqlar isə yeddinci və səkkizinci fəsildə verilmişdir.

Doqquzuncu fəsldə isə imamın qeybdə oldugu dövüdə şiələrin vəzifələri bəyan edilir.

Həzrəti Mehdi (ə) - ın hakimiyyəti, onun siyasi kursu və rəcət məsələsi də 11 və 12 – ci fəsillərdə verilmişdir. Kitabda olan bütün məlumatlar İmam Rza (ə)-ın tərəfindən söylənilən hədislərə istinadən tərtib edilmişdir.

 

http://shabestan.ir/detail/News/646880

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده