خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Friday, August 04, 2017 Xəbər kodu : 30481

İmam Rzanın (ə) hədis çələngindən
İman ibarətdir: dildə etiraf etmək, qəlb ilə tanımaq, əzalar ilə yerinə yetirmək

 

İmam Rzanın (ə) nurani kəlamlarından ibrətlər götürək:

“Ən üstün və dəyərli sifətlər: yaxşı işləri yerinə yetirmək, çarəsizlərin fəryadına çatmaq, arzu edənlərin arzusunu yerinə yetirməkdir”.

“İman ibarətdir: dildə etiraf etmək, qəlb ilə tanımaq, əzalar ilə yerinə yetirmək”.

“Ağlın ən üstün dərəcəsi – özünü tanımaqdır”.

“O kəs ki, Allah rizası üçün kimisə qardaşlığa götürər, behiştdə ev əldə etmiş olar”.

“Xoş xasiyyət iki cürdür: fitri və ixtiyari. İxtiyari xasiyyətin sahibi daha üstündür”.

“Bəlaya səbir etmək – gözəl və bəyəniləndir. Ancaq ondan da üstünü – haramlar qarşısında səbir etməkdir”.

“İbadət namazın və orucun çoxluğu ilə deyildir, Allah Təalanın məsələlərində düşünməklədir”.

“Dostlarınla təvazökar ol, düşmənindən ehtiyat et və ümumi insanlarla gülərüz ol”.

“İnsanların malik olduqlarına etinasızlıq etmək, bəxşiş (hədiyyə verməkdən) etməkdən daha yaxşıdır”.

“Zəifə yardım etmək, sədəqə verməkdən daha yaxşıdır”.

“Ən üstün mal və sərvət odur ki, insanın abrını qorumaq vasitəsi olar”.

“O kəs ki, ehtiyacsız insan olmaq istəyir, gərək Allahın yanında olanlara əminliyi olsun”.

“O kəs ki, haqq yolunda səbir edər, Allah Təala əvəzində səbir etdiyi şeydən də yaxşısını ona verər”. (Beytutə saytı)

Allah Təala bizlərə bu mətləblərdən ibrət götürməyi nəsib etsin.

 

/Deyerler.org/

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده