خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Friday, August 04, 2017 Xəbər kodu : 30478

Həsən Ruhaninin andiçmə mərasimində çıxışı
Şəbistan Xəbər Agentliyi: İran prezidenti Həsən Ruhani deyib: İran İslam Respublikası hərçənd başıucalıqdan ölkənin istiqlaliyyətinin xərcini ödəyib və ödəyəcək, amma heç vaxt düşmənlər tərəfindən təcridin icbar edilməsini qəbul etməyəcəkdir.

Ruhani: İran düşmənlər tərəfindən təcridin icbar edilməsini qəbul etməyəcək

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Prezident aparatının informasiya portalının məlumatına görə, Həsən Ruhani bu gün İran İslam Respublikası prezidenti hökmünün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei tərəfindən təsdiqlənməsindən sonra deyib: İran bədxahların beynəlxalq sistemdə fəal iştirak etməmək üzrə tələblərinə təslim olmayacaq və bəşəriyyət təcrübəsinin nailiyyətləri və hadisələrindən uzaq qalmağı da qəbul etməyəcəkdir.

 

Ruhani bildirib ki, nüvə anlaşması İran İslam Respublikasının beynəlxalq səviyyədə səmərəli və təsirli anlaşma üzrə xoşməramlılığının nişanəsi olub. O, əlavə edib: İran hazırda keçmişdəkindən daha çox özünəinam və böyük 2017-ci il 19 may qəhrəmanlığını yaratmış bir xalqın himayəsi ilə əsas qanun çərçivəsində dünya ilə səmərəli və təsirli anlaşmaya təkid edir.

 

Ruhani İran İslam Respublikası quruluşunun xalqın səsinə söykəndiyini bildirərək, deyib: Xalqın iştirakı səbəb olur ki, İran İslam Respublikası quruluşu dalana dirənməsin.

 

İran İslam Respublikası prezidenti vurğulayıb ki, 12-ci dövlət öz iqtisadi proqramını quruluşun külli siyasətləri və müqavimət iqtisadiyyatı əsasında qərar verib. O, deyib: İran dövləti ölkədə iqtisadi bir inqilab yaratmaq ardıncadır və bu gün də ölkələr sıx bir dünyada bir-birilərinin qonşuluğunda qərar tapıblar ki, belə bir şəraitdə milli inkişafı dünya ilə səmərəli anlaşmadan başqa bir yolla qurmaq olmaz.

 

İran İslam Respublikası prezidentinin tənfiz olunması-təsdiqlənməsi mərasimi bu gün səhər Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirildi və İslam İnqilabının Böyük Rəhbəri xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran prezidenti təyin etdilər.

 

http://shabestan.ir/detail/News/646447

http://shabestan.ir/detail/News/646465

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده