خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Friday, August 04, 2017 Xəbər kodu : 30477

Ali Rəhbər Həsən Ruhaninin prezident etimadnaməsini qəbul etdi
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidentinin tənfiz olunması-təsdiqlənməsi mərasimi bu gün səhər Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirildi və İslam İnqilabının Böyük Rəhbəri xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran prezidenti təyin etdilər.

İnqilab Rəhbəri xalqın səsini təsdiq etməklə Ruhanini İran prezidenti təyin etdilər

 

Şəbistan Xəbər Agentliyi məlumat verir ki, İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei bu hökmdə yüksək şövqlü seçkiləri və seçilmiş şəxsiyyətin yüksək səsini quruluşun respublikaçılığının möhkəmlənməsinin nişanəsi adlandırıb və müqavimət iqtisadiyyatı proqramının icrasını vurğulayıblar.

 

Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikasının prezidentinə tövsiyə ediblər ki, öz ciddi-cəhdini ədalətin bərqərarına, zəif imkansız şəxslərə tərəfdarlığa, əsl İslam əhkamlarının icrasına, milli izzət və vəhdətin gücləndirilməsinə, ölkənin böyük imkan və qabiliyyətlərinə diqqətə və İslam İnqilabının əsasları və dəyərlərinin yüksək qiymətləndirilməsində ciddiliyə yönəltsin.

 

Bu mərasimdə İranın daxili işlər naziri də 12-ci prezident seçkilərinin keçirilməsi prosesi barədə hesabat təqdim edib.

 

Əsas Qanunun 110-cu maddəsinə əsasən, xalq seçkilərindən sonra prezident hökmünün imzalanması rəhbərin vəzifə və ixtiyarlarındandır və prezident seçkiləri qanununa əsasən, İran İslam Respublikasında prezidentlik dövrü dörd ildir və İnqilab Rəhbəri tərəfindən etimadnamənin tənfiz edilməsi-təsdiqlənməsi tarixindən başlanır.

 

Həsən Ruhani 2017-ci il mayın 19-da keçirilən İran İslam Respublikasının 12-ci prezident seçkilərində 23 milyondan çox səs toplayaraq, bir daha İran prezidenti seçildi.

 

http://shabestan.ir/detail/News/646067

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده