خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Monday, July 31, 2017 Xəbər kodu : 30463

Qumarbaz və şərəbxorun Allahı
İkisi də Azərbaycan vətəndaşıdır və iİkisinin də davranışı fərqli miqyasda dini cameədə etirazlara səbəb oldu

İkisi də Azərbaycan vətəndaşıdır və iİkisinin də davranışı fərqli miqyasda dini cameədə etirazlara səbəb oldu. Biri mərc edərək 1 litr arağı birnəfəsə “Ya Allah!” deyib içdi və bu görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı, digəri isə namaz qılan insanları “şizofrenik” adlandırdı. Birincisi sadəcə bir qədər pul qazanmaq məqsədi güdürdüsə, necə deyərlər, heç kimlə işi yox idisə, ikincisi özünün və saytının “qara” PR-kampaniyasını keçirdi, minlərlə insanı təhqir elədi, murdar daxili aləminin çirkabını bayıra axıtdı. Haqlı olaraq birinci də, ikinci də qınandı.

Əlbəttə, Allahın adını çəkməklə 2 haram işi (qumar və şərab) birdən görmək, Allahın buyurduğu vacibatı həyata keçirənləri ruhi xəstə adlandırmaq çox pis haldı. Etirazlar da anlaşılandı. Amma İslam bizə hər şeydə bir gözəlliyin, zərrə qədər də olsa xeyrin işartılarının gizləndiyini təlqin edir. Zənnimizcə, diqqətlə baxsaq, bu 2 hadisədə də müəyyən pozitiv məqamlar tapa bilərik.

Birincisi. Sıradan biri olan sayta rəhbərlik edən adam düşünüb-daşınıb və saytının reklam kampaniyasını İslam, müsəlmanlar üzərindən qurmağa qərar verib. İnsafən qeyd etməliyik ki, hələlik pis alınmır. Müsəlmanlar bu işdə qeyri-ixtiyarı (sərsəm atmacalara, axmaq statuslara cavab verməklə) həm adama, həm də onun saytına yardım edirlər. Deməli, müsəlmanlar bu məmləkətdə hələ kifayət qədər nüfuza sahibdirlər və ən azından bir saytın PR-ını yüksək səviyyədə həyata keçirəcək qüvvədə olan elektoratdırlar. Nə 70 illik sovet ateizmi, nə də müstəqillik illərindəki "avropalaşma" bu elektoratın axırına çıxa bilib.

İkincisi. Artıq qeyd etdiyimiz kimi, 2 böyük günahı bir anın içində edən adam günaha mürtəkib olmamışdan öncə Allahı çağırır. Əlbəttə, absurd bir səhnədir. Ancaq burda da düşündürücü məqam var. Cəmiyyətimizdə mənəviyyatsızlığın baş alıb getməsinə rəğmən, hətta deyərdik ki, ədəbsizliyin, həyasızlığın, utanmazlığın artıq brend olaraq təbliğinə baxmayaraq, insanların qəlbindən Allahın varlığını, yaddaşlarından və leksikonlarından isə “Allah” sözünü silmək mümkün olmayıb. Hətta gözünü qırpmadan günah edən insanımız da DNT səviyyəsində vücuduna hopan Rəbbinə bağlılığından qopa bilmir. Deməli, hələ hər şey itirilməyib və inşallah itirilməz də. Ölkədə çox sayda əsl müsəlman potensialına malik, lakin müxtəlif səbəblər üzündən Allaha aparan yoldan uzaq düşən (terminoloji olaraq onlara “fasiq” deyilir) insanlar var. Üzərimizdə olan vəzifələrdən biri də belələrinə yardım etmək, düzgün istiqaməti göstərməkdir. Allahın tövbə qapısı həmişə açıqdır. Bunu hələ də “Ya Allah!” deməyi unutmayan insanlara başa salmalı, o qapıdan daxil olamağa yardım etməliyik.

P.S. Kim bilir, bəlkə bir gün tövbə qapısının kəndarına bu gün namaz qılanları “şizofrenik” adlandıran, bu vasitə ilə ucuz populyarlıq qazanmaq eşqinə düşən insan da, 1 litr arağı içib bunu qumar vasitəsi edən insan da gələcək. Axı Allah bağışlayandır, Allah onların da Allahıdır, bunu bilsələr də, bilməsələr də...

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده