خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Friday, July 28, 2017 Xəbər kodu : 30455

Ateist Vüsal Məmmədovun “məntiqi” ilə tarixi şəxsiyyətlərimizin əksəriyyəti şizofrenikdir
"Bu iddianın elmi-mədəni irsimizin formalaşmasında müstəsna rol oynadığı tarixi şəxsiyyətlərimizə yönəlik necə böyük bir təhqir olduğunu da unutmayaq. Təsəvvür edin bu iddiaya əsasən gərək şərqin böyük dahisi, riyaziyyatçısı, astronomu, filosofu Nəsrəddin Tusiyə mələklərin varlığına inam bəslədiyinə və namazda onlara salam verdiyinə görə şizofren deyək. Tusinin ruhu şad olsun. Yaxşı ki, yaşayıb bu günləri görmədi"

"Bu iddianın elmi-mədəni irsimizin formalaşmasında müstəsna rol oynadığı tarixi şəxsiyyətlərimizə yönəlik necə böyük bir təhqir olduğunu da unutmayaq. Təsəvvür edin bu iddiaya əsasən gərək şərqin böyük dahisi, riyaziyyatçısı, astronomu, filosofu Nəsrəddin Tusiyə mələklərin varlığına inam bəslədiyinə və namazda onlara salam verdiyinə görə şizofren deyək. Tusinin ruhu şad olsun. Yaxşı ki, yaşayıb bu günləri görmədi"

 

Bu günlərdə “Azvision” saytının baş redaktoru və daima islam dini ilə bağlı təhqiramiz mövqe sərgiləyən ateist Vüsal Məmmədov özünün facebok profilində namaz qılan insanları təhqir edb. O, namaz ayinin puç bir əməl olduğunu və namazdan sonra çiyinlərdəki mələklərin mövcudluğuna inanaraq onlara salam verməyin şizofreniya əlaməti olduğunu söyləyib. Sözügedən təhqir dolu status sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi şəkildə tənqid edilib və böyük etirazla qarşılanıb. Hətta öz dostları və yaxınları tərəfindən belə ciddi şəkildə etirazla qarşılandığını görən Vüsal Məmmədov, bundan sonra həmin statusu silib.

 

İlahiyyatçı alim Təbriz Nəcəfi isə öz növbəsində Vüsal Məmmədovun islam dininin müqəddəs ayini hesab edilən namazla bağlı sərgilədiyi təhqiramiz mövqeyinə çox gözəl elmi və məntiqi yolla cavab verib. İslaminSesi sözügedən cavab yazısını oxucularına təqdim edir.

 

Kimdir şizofren?

 

Dünyaca tanınmış məşhur fransız sosioloqu Emil Durkhaym cəmiyyətdə fəsadların qarşısının alınmasında dini inanc faktoruna xüsusi əhəmiyyət verirdi. Durkhayma görə dini inanclara sahib olan insanlarda mənfi hallara qarşı müqavimət hissi olduqca güclü olduğu üçün belə insanlar sıxıntıların qarşısında daha gec təslim olurlar. Durkhaymın da vurğuladığı kimi dini təlimlərdə çətinliklərin qarşısında səbr etmək prinsipi ciddi şəkildə təlqin olunduğu üçün inanclı insanlarda sosial problemlərin müqabilində təslimiyyət halları inancsız insanlara nisbətdə daha az müşahidə olunur. Bu inancların mənşəyi sorğulana bilər, bununla işim yoxdur. Lakin, ortada olan reallıq budur ki, insan övladı üçün din, müstəsna rol oynayır.


Dinin mənşəyi mövzusunda 19-cu əsrdən başlayaraq qərb dünyasında ciddi elmi araşdırmalara start verildi. Bu mövzuda şərqşünaslar fərqli fikirlər səsləndiriblər. İndiyə dək dinin mənşəyini "şizofreniya" ilə əlaqələndirən ciddi bir araşdırma təqdim olunmayıb. Bəli, dinin meydana gəlməsini cəhalətə, sosial və psixoloji faktorlara bağlayan müəyyən iddialar vardır. Amma, bütün bu iddiaların arasında heç bir elm adamı "şizofreniya" faktını irəli sürməyib.


Yaxşı, fərz edək ki, kimsə ortaya çıxıb hansısa dini bir inancı və ya ayini şizofreniya ilə əlaqələndirdi. Burada normal düşüncəyə sahib olan hər kəsin ağlına bu məzmunda sual gəlir ki, şizofreniya ilə dinin inancın arasında nə kimi bağlılıq vardır? Şizofreniya- məlum olduğu kimi ruhi pozunutu halıdır ki, bunun nəticəsində həmin insanın düşüncəsində, nitqində, idrakında müəyyən problemlər yaranır. Belə bir insan bu kimi ruhi pozuntu hallarının baş verməsi nəticəsində real olmayan şeyləri görməyə və eşitməyə başlayır. Lakin, görəsən mələyin varlığına inam bəsləmək və ona salam vermək şizofrenik hal olaraq xarakterizə oluna bilərmi?
Sualın cavabını dəqiq vermək üçün şizofreniyaya verilən tərif olduqca önəmlidir. Qeyd olunduğu kimi şizofreniya halları ruhda yaranan ciddi problemlərin yaranmasından sonra meydana gəlməkdədir. Amma, şəxsi qənaətlərə söykənərək hansısa varlıqların mövcudluğuna inam bəsləmək heç bir halda şizofrenik hal olaraq xarakterizə edilə bilməz. Әks təqdirdə gərək millətimizi, tarix boyu inam bəsləyib yaşatdıqları el adət-ənənələrinə görə "şizofrenik" adlandıraq. Belə çıxır ki, Novruz bayramında tonaqlın üstündən atlayan, gizlində qapı dinləyən, qəbirstanlığa gedib ölünün baş daşına daşla vuruaraq onlara gəldiklərini hiss etdirməyə çalışan, öz ölüsü üçün ehsan verən, Quran oxudan və s kimi sayıb bitirəməyəcəyimiz yüzlərlə adət-ənənələri yerinə yetirən kəslərin hamısı həqiqətdə şizofren olublar. Çünki, bu işi görənlərin hamısı gördükləri işlərin "ontoloji" təsirə sahib olduqlarını, bir sözlə real olduqlarına inam bəsləyirlər. Halbuki, tonqalın üstündən atlamağın sıxıntıları aradan aparacağına dair heç bir elmi isbat mövcud deyil.


Bundan əlavə mələklərin olmadığını, tamamilə xəyal məhsulu olduğunu kimsə bu günə dək möhkəm və sarsılmaz elmi dəlillərlə isbata yetiribmi? Xeyr. Çünki, mələk mövzusu metafizik bir mövzu olduğu üçün ümumiyyətlə emprik elmlərin müzakirə mövzusu belə deyildir. Yəni, təcrübi elmlər bu kimi mövzularda müsbət və ya mənfi olmaqla heç bir şəkildə rəy bildirə bilməzlər. Belə olan halda kiminsə durub dini mətnlərdə keçdiyi üçün kimlərisə mələk inancına sahib olduqlarına görə şizofren adlandırması əsl cəhalətdən savayı bir şey deyildir. Hətta, mən deyərdim ki, şizofren, məhz həmin şəxsin özüdür. Ona görə ki, kimlərisə yersiz və əsassız şəkildə "ittiham etmə" problemi şizofreniyanın əlamətlərindən biridir.


Bu iddianın elmi-mədəni irsimizin formalaşmasında müstəsna rol oynadığı tarixi şəxsiyyətlərimizə yönəlik necə böyük bir təhqir olduğunu da unutmayaq. Təsəvvür edin bu iddiaya əsasən gərək şərqin böyük dahisi, riyaziyyatçısı, astronomu, filosofu Nəsrəddin Tusiyə mələklərin varlığına inam bəslədiyinə və namazda onlara salam verdiyinə görə şizofren deyək. Tusinin ruhu şad olsun. Yaxşı ki, yaşayıb bu günləri görmədi. Bəlkə də özlərini minbir yolla reklam etməyə çalışan bu goppaz və yaltaqları görsəydi əsəbindən çatlayar və həqiqətən də şizofren olardı.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده