خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 26, 2017 Xəbər kodu : 30442

İmam Mehdi (ə) Məkkə və Mədinə ziyarətgahlarını xəvaric və təkfirçilərdən təmizləyəcəkdir
Şəbistan Xəbər Agentliyi: Rəvayətlərdə göstərilir ki, Həzrəti Mehdi (ə)-da babası Həzrəti Məhəmməd (s) kimi öz qiyamına Məkkədən başlayacaqdır və beləliklə də Məkkə və Mədinə hərəmlərini azad edəcəkdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Nəcməddin Təbərsi Həzrəti Mehdi (ə)-ın hərəkatı haqqında verilən suala, xüsusən Ərəbistan hökumətinin taleyi ilə baglı ortaya qoyulan sorguya cavab verərkən yazır:

İmam Mehdi (ə)-ın hakimiyyəti bütün dünyaya ədalət yayacaq və bütün yer üzün tutacaqdır. Həzrəti Mehdi (ə) barəsində keçən hədislər buna işarə edir. Bu hədislər şiə və sünnü alimləri tərəfindəndə müxtəlif yollarla nəql edilmişdir. Belə ki, Əbu Davud Sicisdani əhli – sünnətin məhşur kitab sahibləri və müəlliflərindən və o da Əbdullah ibn Məsud, Əbu Səid Xidri və Əbülfəzl Amil ibn Vasildən nəql edir ki, Allahın Rəsulu (s) belə buyurdu: Hətta, əgər yer kürəsinin ömründən yalnız bir gün qalsa belə, Allah o günü uzadacaq və məndən ya mənim ümmətimdən olan, adı mənim adında olan, atasının adı da mənim atamın adında olan, künyəsi də mənim künyəmdə olan bir nəfəri mənim ümmətim içindən qaldıracaqdır. O zülüm və sitəmlə dolu olan yer üzündə ədaləti yayacaqdır.

 

Rəvayətlərdə göstərilir ki, Həzrəti Mehdi (ə)-da babası Həzrəti Məhəmməd (s) kimi öz qiyamına Məkkədən başlayacaqdır və beləliklə də Məkkə və Mədinə hərəmlərini azad edəcəkdir.

İbn Abidinin yazdıgı kimi xəvaric və təkfirçilərin çirkin vücudlarını aradan yuyub təmizləyəcək və bu müqəddəs yerləri müsəlmanlara qaytaracaqdır.

 

http://shabestan.ir/detail/News/644167

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده