خبرگزاری شبستان

جمعه ۲۸ مهر ۱۳۹۶

الجمعة ٣٠ المحرّم ١٤٣٩

Friday, October 20, 2017

Servis xəbərlərinin titri

General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:

İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 26, 2017 Xəbər kodu : 30441

Behiştə açılan qapı
Şəbistan Xəbər Agentliyi: …Bir qurup insan İmam Sadiq (ə)-ın xidmətinə gəlir və deyirlər ki, biz Rey şəhərindənik. İmam buyurur: “Afərin Qumdan olan qardaşlarımıza!”…

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, bəzi hədislərdə göstərilir ki, İranda yerləşən Qum şəhəri və onun əhalisi bütün dünya şiələrinə örnəkdirlər və onlar Əhli – beyt (ə) aşiqləri kimi tanıdılırlar. Aşagıdakı rəvayət buna dəlalət edir:

Bir qurup insan İmam Sadiq (ə)-ın xidmətinə gəlir və deyirlər ki, biz Rey şəhərindənik. İmam buyurur: “Afərin Qumdan olan qardaşlarımıza!”

 

İmam bu sözü bir neçə dəfə təkrar edir və buyurur: Allahın hərəmi vardır o Məkkədir. Peygəmbərin (s) də hərəmi vardır; 0 da Mədinədir. Kufə Əmir əl - mömininin hərəmidir. Əhli – beytin (ə) hərəmi isə Qum şəhəridir. Tezliklə mənim övladlarımdan Fatimə adlı bir qız orada dəfn edilər. Hər kəs (mərifətlə) onu ziyarət etsə, behişt ona vacib olar.

Ravi belə nəql edir ki, bu sözü deyəndə (bu söz deyilən zaman) hələ İmam Kazim (ə) dünyaya gəlməmişdi. Bundan məlum olur ki, Qum şəhəri dedikdə daha geniş anlam, yəni Əhli – beyt (ə) məzhəbinin ardıcılları nəzərdə tutulur.

 

Buna oxşar hədislər bizim hədis mənbələrimizdə çoxdur.  Belə ki, İmam Kazim (ə) buyurur: Behiştin səkkiz qapısı vardır ki, onlardan biri Qum şəhəri əhalisi üçündür. Bütün şəhərlər və ölkələr arasında onlar bizim şiələrimizin yaxşıları və seçilmişləridirlər. Allah bizə sevgi, bizim vilayətimizi onların tinət, torpaq və xəmiri ilə qarışdırmışdır.

 

http://shabestan.ir/detail/News/644282

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده