خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, July 22, 2017 Xəbər kodu : 30436

Yəhudilərin məşhur iki başlı qartal simvolu və İmam Mehdi(ə)
Bu iki məsələ: Mehdiçilik və iki başlı qartal simvolu demək olar ki, tarixin hər səhifəsində adamın qarşısına çıxır. Görəsən bu əqidə ilə bu simvolun bu tarix səhifəsində bu qədər çox olmasının səbəbi nədir?

İki başlı qartal simvoluna gəlincə tarixçilərin fikrinə görə, bu simvola ilk dəfə eradan əvvəl III min illiyin və II min illiyin əvvələrində Mesapatomiya ərazisində yaşayan xalqların tarixində rast gəlinib. Amma bunun daha qədimə gedib çıxdığı da iddia olunur. Bu simvol qeyd etdiyimiz tarixdən bəri daha çox istifadə olunmağa başlayıb. Tarixdə bu simvolu ən qədim mədəniyyətlərdə o cümlədən Akkad, Assuriya, Sasanı, Bizans dövrlərində və orta əsr türk imperiyalarının çoxunda, qədim Yunan sikkələrinin üzərində rast gəlinib. Hətta dövrümüzdə də bu simvoldan bayraq, gerb, pullarda, siyası partiyaların rəmzlərində geniş istifadə olunur. Həm qədimdə, həmdə indiki dövürdə bu simvol bir növ qəhrəmanlıq, döyüşkənlik, intiqam, azadlığ rəmzi olub. Bütün bu hisslər insani bir hiss olduğu üçün demək olar ki, hər bir xalqın, hər bir insanın ortaq hisssi, ortaq düşüncəsidir.

 

Çox qəribə olsa da bütün insanları, bütün əqidələri birləşdirən ikinci bir dəyər də vardır ki, bu mehdiçilik təfəkkürüdür. Bu təfəkkür demək olar ki, insanlığ mövcud olandan həmişə olub. Bütün dinlərdə, istər tək Allahlı din olsun, istər qeyri dinlər olsun insanlar bu inanca sahib olublar. Amma müxtəlif adlarla. Adlar müxtəlif olsalar da tarix boyu insan həmişə bir xilaskarın intizarında olub. İnsanlar daima xəyallarında qurduqları insanın, xilaskarın, hökmdarın gələcəyinə, gəlib yer üzündə ədalətin bərpa olacağına ümidləri olub. Ümümi inanca görə xilaskar zühur edib yer üzündə zülmün kökünü kəsəcək, vahid bir dünya dövləti quracaq və dünya ədalətlə dolacaq.

 

Xilaskarin gəlməsi İslamda “Məhdi”nin zühuru, Xristanlığda “Məsih”in zühuru, Yəhudilikdə Həzrəti Davudun (ə) nəslindən olan “Maşih”, zərdüşlikdə “Suşinyat”, Hindu və Afrika xalqlarında isə müxtəlif adlarla qeyd olunur.

 

Gördüyümüz kimi əqidəsinin haqq və batil olmasından aslı olmayaraq bütün dinlərə, fəlsəfi cərəyanlara məxsus insanlar ruhunu dərinliyində bir xilaskarın gələcəyi ümidindədirlər. Hətta sionost yəhudilər belə bu ümidlə illərdir ki, təlaş içindədirlər. Onlar özlərini yer üzünün ideal xalqı bilir, özlərini Allahın vəd olunmuş xalqı hesab edirlər. Belə düşünürlər ki, “Məhdi” onların arasından, Həzrəti Davud (ə) peyğəmbərin nəslindən olan bir xanımdan dünyaya gələrək zühur edəcək. Axir-Zamanda dünya hökmranlığı onların təbii haqqları olaraq İlahi irs kimi yəhudilərə veriləcək. Sionostlərə məxsus olan ikibaşli qartal da bunun rəmzi olaraq onların əsas atributlarından biridir. Qartalın bir başı Həzrəti İsanın (ə) zühuruna və qurduğu hakimiyyətə, digər başi isə Həzrəti “Mehdinin” zühuruna və dünyəvi dövlətinə işarədir. Qartal isə ucalıq və qürur rəmzidir.

 

Bütün insanları birləşdirən bu dəyərin olması, xilaskarın gəlməsi ümidi bütün insanların bir Allahdan olması və Allah Təalanın insanlığa olan vədəsinin haqq olmasına bir dəlildir. Quranda buyurulur: Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq (Ənbiya-105).

 

Qurani Kərim və bütün səmavi dinlərə əsasən Allah Təala yer üzündə zülmün kökünü “Mehdinin” zühuru ilə kəsəcək, yer üzünü öz saleh bəndələrinə irs olaraq bəxş edəcək. Salehlər də ki, Rəbbinə inanan, onu tanıyan, qeyb aləminə inanan, qiyamətə, hesab-kitaba etiqadı olan, zülm etməyən kəslərdir. Necəki Quran bu barədə buyurur:


Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.


Y.Nuriyev

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده