خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, July 15, 2017 Xəbər kodu : 30427

Quranı gözəl dərk etmək yolu
Şəbistan Xəbər Agentliyi: Günahlardan uzaqlaşmaq və vacibatı yerinə yetirmək, habelə İmam Zaman (ə) - a qovuşmaq, onunla əlaqələri möhkəm saxlamaq, gözü, qulağı, fikir və qəlbi nəzarətdə saxlamaq insanın Quranı daha gözəl dərk etməsi üçün təsirli amillərdən sayılır.

Günahlardan çəkilmək və vaciblərə əməl etmək Quranı daha gözəl dərk etməyə kömək edir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Ruhullah Qərəhi Quranın təfsiri dərslərində dedi: Quranın həqiqi tərcüməçiləri məsum imamlardırlar, ona görə də biz imamların əsərlərinə və qoyduqları mirasa müraciət etməliyik.

 

O Quranda onu yalnız pakların məsh etdiyi, yəni toxunduğunu vurğulayan ayənin olduğunu misal çəkərək dedi: Məsum imamlar bu ayənin predment və daşıyıcılarıdırlar, onlar pakdırlar və digərlərini də paklığa dəvət edib çatdırırlar.

 

İslamın böyük alimləri həmişə imamların hədislərinə müraciət edmişlər, təfsir alimləri, hədis, recal, lüğət, sərf, nəhv, ərəb ədəbiyatı və bir sıra başqa elimlər haqqında yüksək biliyə malik olmalı, hərtərəfli və intelektual məlumatlar mənbəi sayılmalıdırlar.

 

O Qurani - Kərimin bizim üçün böyük möcüzə olması haqqında dedi: Quranın hər kələməsinin özünin yeri və hesab – kitabı vardır. Quran elim və möcüzədir, bu elim və möcüzə hər dövrdə və hər bir nəsildə istifadə ouna bilər.

 

Alim Quranı daha gözəl dərk etmək üçün bir tövsiyə də verdi: günahlardan uzaqlaşmaq və vacibatı yerinə yetirmək, habelə İmam Zaman (ə) - a qovuşmaq, onunla əlaqələri möhkəm saxlamaq, gözü, qulağı, fikir və qəlbi nəzarətdə saxlamaq insanın Quranı daha gözəl dərk etməsi üçün təsirli amillərdən sayılır.

 

http://shabestan.ir/detail/News/640889

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده