خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, July 11, 2017 Xəbər kodu : 30423

Rusiyada müsəlmanlar üçün “Azan” adlı mobil tarif planı işə salınıb
Rusianın tərkibindəki Tatarıstan Muxtar Respublikasının "Tattelekom" Tatarıstan müsəlmanlarının Dini idarəsi ilə birlikdə Rusiyada ilk dəfə olaraq müsəlmanlar üçün "Azan" adlı mobil tarif planını həyata keçirib.

Rusianın tərkibindəki Tatarıstan Muxtar Respublikasının "Tattelekom" Tatarıstan müsəlmanlarının Dini idarəsi ilə birlikdə Rusiyada ilk dəfə olaraq müsəlmanlar üçün "Azan" adlı mobil tarif planını həyata keçirib.

 

 

"Azan" adlı tarif planına namaz üçün zəngli saat, bayramlar ərəfəsində xəbərdarlıq və müftinin təbriki kimi  və bir sıra xüsusi "verilənlər" daxil edilib.

 

"Xüsusi verilənlər (opsiyalar) siyahısına sübh namazı üçün xidmət, həmçinin, münacat zəngləri (seçim üçün üç səs), müsəlman təqviminin mühüm tarixləri ilə bağlı bildirişlər və hədislər, TR (Tatarıstan Respublikasının) müftisinin bayramlarla əlaqədar müftinin göstəriş və təbriklərlə əlaqədar sms məlumatları var", - deyə, ölkənin Müsəlmanların Ruhani İdarəsindən (MRİ) bildirilib.

 

"Tattelekom" və MRİ bundan əlavə müsəlmanlar üçün kabel televiziyası şəbəkəsinə çıxışı olan radio və televiziya kanalı da açacaq.

 

Qeyd edək ki, "Tattelekom" və MRİ-nin birgə həyata keçirdiyi ilk layihələrdən biri dini suallarla bağlı köməyə ehtiyacı olanlara 2017-ci ilin iyununda qaynar telefon xəttinin açılması olub.

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده