خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, July 11, 2017 Xəbər kodu : 30422

İntihar etmək niyə günah sayılır?
Allahın tövhid nişanələrindən biri – malikiyyətdə olan tövhiddir.

Allahın tövhid nişanələrindən biri – malikiyyətdə olan tövhiddir. Allah hər bir varlığın həqiqi malikidir. O zaman ki, Allah hər bir varlığa malik və hakim olar, hər bir şey Onun müqəddəs zatına aid olar.

O, bir çox ayələrində bu həqiqətə işarə edərək buyurmuşdur: “Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür”. (“Bəqərə” 116).

“(Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur”. (“Bəqərə” 255).

Beləliklə başa düşürük ki, Allah hər bir insanın canının malikidir. Ona görə də insana heç bir şəraitdə intihar etməyə icazə vermir. Çünki O, insanı kamala çatmaq və mənəvi tərəqqi etmək üçün xəlq etmişdir. İntihar bu hədəfin əbəs olmasına səbəb olar. (Tebyan)

Belə bir günaha düçar olan hətta Əhli-Beyt (ə) davamçısı cəhənnəm odunda yanar. Və ola bilsin ki, bəlkə etdiyi kəbirə günaha görə cəzasını çəkdindən sonra bağışlana bilər. Peyğəmbər (s) buyurur:  “Mənim şəfaətim ümmətimin kəbirə günahına düçar olmuşlar üçündür”.

Başqa yerdə buyurur: “İntihar etməyin. Allah sizə qarşı mehribandır. Hər kim bu əməli təcavüz və zülm üzündən yerinə yetirər, onu tezliklə atəşə daxil edəcəyik”.

İmam Sadiq (ə) buyurur: “Hər kim özünü bilərəkdən öldürərsə, cəhənnəmim cavidan atəşində olar”.

İmam Baqir (ə) buyurur: “Mömin mümkündür ki, hər bir bəlaya düçar olsun və hər cür ölsün. Ancaq heç bir zaman intihar etməz”.

İntihar kəbirə günahlardandır ki, insanı cəhənnəm atəşinə düçar edər. İnsanın hər bir şeyi Allaha məxsusdur və Onun malikiyyətidir. Ona görə də insanın haqqı yoxdur ki, Allahın malikiyyətinə qıysın və əl qaldırsın.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده