خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Monday, July 10, 2017 Xəbər kodu : 30419

İmam Zaman (ə)-ın şiələrə sevgisinin miqdarı
Şəbistan Xəbər Agentliyi: “Ey Allah bu axirəz - zəman şiələri nə çəkirlər. Onlar bir ömr yaşayırlar, amma Həzrəti Mehdi (ə)-ı görmürlər” – o bunları deyərək təvaf halında aglayır və çox keçmir ki, o elə Kəbənin ətrafında da İmam Zaman (ə)-ı görür.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl - müslimin  Seyid Hüseyn Haşimi Nejad İmam Zaman (ə)-ın şiələrinə olan məhəbbətindən danışarkən dedi: Məhəmməd İbn Məhziyar İmam Mehdi (ə) dünyaya gələndə və qundaga baglananda İmam Həsən Əsgəri (ə)-ın xidmətinə çatır və İmam Mehdi (ə)-ı görür. İmam Həsən Əsgəri (ə) sevincək olur və Məhəmməd İbn Məhziyara bir üzük hədiyyə verir. O üzüyü vuraraq Əhvaza gəlir. Bir necə ildən sonra kiçik qeybət zamanında Samiraya qayıdır. Haca gedib təvaf halında dua edir və aglayaraq yanıq qəlbi ilə “ Ey Allah, mərhəmətlə onu qundagda gördüm, lakin neçə ildir ki, onu görmürəm. Qəlbim qüssədən dagılır” deyir.

“Ey Allah bu axirəz - zəman şiələri nə çəkirlər. Onlar bir ömr yaşayırlar, amma Həzrəti Mehdi (ə)-ı görmürlər” – o bunları deyərək təvaf halında aglayır və çox keçmir ki, o elə Kəbənin ətrafında da İmam Zaman (ə)-ı görür. İmam Zaman (ə) ona deyir: Gördün bizimlə nə etdilər. Elə bir iş gördülər ki, biz gözlərdən gizlənməyə məcbur olduq.

Əli ibn Məhziyar deyir ki, bir anlıga zehnimdən keçdi ki, olmaya atasının verdiyi üzüyü almaq istəyir. Bu zaman İmam Zaman (ə) buyurdu: Ey Məhəmməd İbn Məhziyar, biz Əhli- beyt (ə) bir kəsə verdiyimiz şeyi ondan almırıq. Daha bir üzükdə sənə hədiyyə veririk.

 

Sonra İmam Zaman (ə) axirəz - zəmanda yaşayıb onu görməyən şiələri nə qədər sevdiyini Məhəmmməd ibn Məhziyara çatdırır.

 

http://shabestan.ir/detail/News/640508

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده