خبرگزاری شبستان

چهارشنبه ۴ مرداد ۱۳۹۶

الأربعاء ٣ ذو القعدة ١٤٣٨

Wednesday, July 26, 2017

Servis Əsas səhifə Zaman :   Wednesday, July 05, 2017 Xəbər kodu : 30407

Yazıqlar olsun ki, bu gün İslam dünyasının potensialından ona qarşı istifadə edilir
Şəbistan Xəbər Agentliyi: İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi Ayətullah Möhsün Əraki və onu müşahidə edən nümayəndə heyyəti Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Mehmet Görmez ilə görüşüb.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Mehmet Görməz Ayətullah Möhsün Əraki ilə görüşündən məmnun olduğunu qeyd edərək, yaşadığımız dünyada müsəlmanların bir-birilərinin üzünə baxmaqdan xəcalət çəkdiklərini narahatlıqla çatdırıb: "Dünya səngimək bilmir. Dünya daim dəyişir. Dünyaya nizam vermək, dizayn etmək istəyənlər heç qane olmurlar, daim fərqli bir dünya istəyirlər. İki əsrdir ki, İslamsız bir dünya istənilir. Yaxud ruhu alınmış, protestanlaşmış, həyata daxil olmayan, haqq və ədalət iddiasında olmayan bir İslam tələb olunur. Amma təəssüf ki, müsəlmanların böyük hissəsi bunun fərqində deyil. Bəzi müsəlmanlar da bu kimi cəhdlərə məzhəbçilik amilləri ilə kömək edirlər".

Görməz yaşadığımız dünyada alimlərə çox böyük vəzifələrin düşdüyünü xatırladıb: "İrana səfərim mənim ümidlərimi çox artırmışdır. İrana səfərimdən üç gün sonra Ər-Riyada getdim. "Vəhdət həftəsi"ndə dediklərimi Ər-Riyaddakı alimlərlə də bölüşdüm. Amma təəssüflə bildirirəm ki, biz müsəlmanlar vəhdət toplantılarını artırdıqca ayrıseçkilik də çoxalır. Metod üzərində yenidən düşünmək lazımdır. Üləmanın üzərinə çox böyük vəzifələr düşür. Üləma şəhərin və dünyanın duzudur. Duz xarab olduğu vaxt görüləcək bir şey qalmaz. Vəhdət yoluna bir az töhfə verə bilsək özümüzü xöşbəxt hiss edəcəyik”.

Ayətullah Əraki də öz növbəsində çıxış edərək, müsəlmanlar arasında birliyin qorunub möhkəmlənməsinə vurğu edib: "Türk xalqının izzət və iqtidarı, İslam ümmətinin izzət və iqtidarıdır".

Ayətullah Əraqki müsəlmanlar arasında həqiqi birliyin yaranması üçün vəhdətin və koordinasiyanın lazım olduğunu deyib: "İslam cəmiyyətinin birliyi üçün lazım olan imkan verilsə, İslam dünyası dünyanın üstün gücünə çevrilər, lakin təəssüf ki, zamanımızda İslam dünyasının imkanları özünə qarşı istifadə edilir”.

İslam ümməti arasında birlikdən savayı mühüm bir şəri təklifin olmadığını deyən Ayətullah Əraki, Türkiyəyə səfərinin İslam ümməti arasında birliyin artmasına səbəb olmasını arzu edib.

Ayətullah Əraki İslam alimlərinin öz arasında birlik olacağı təqdirdə, İslam ölkələrinin liderlərinin də onları müşayiət edəcəklərini deyib.

 

http://shabestan.ir/detail/News/639505

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده