خبرگزاری شبستان

چهارشنبه ۴ مرداد ۱۳۹۶

الأربعاء ٣ ذو القعدة ١٤٣٨

Wednesday, July 26, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, July 01, 2017 Xəbər kodu : 30385

“İmam Mehdi (ə) və həyatın gələcəyi” kitabı
Şəbistan Xəbər Agentliyi: Yazıçı bu qənaitdədir ki, o dövrün insanını, xüsusən cavanlarını tanımaqla biz bu dövrdə zühurun şərtlərini hazırlaya bilərik. Zira ki, birbaşa ruhiyyə və xasiyyətlərdə dəyişikliyə nail olmaq olmaz. Bu tədricən baş verən bir məsələ olacaqdır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, “İmam Mehdi (ə) və həyatın gələcəyi” kitabı Mehdi Həkimi tərəfindən qələmə alınmış, İranın vədə verilən Məhdi (ə) Mədəni Araşdırmalar Mərkəzində çapa verilmişdir.

 

Kitabda Həzrəti Mehdi (ə) - ın zühurdan sonrakı əsas fəaliyətləri işıqlandırılır.

 

Yazıçı bu qənaitdədir ki, o dövrün insanını, xüsusən cavanlarını tanımaqla biz bu dövrdə zühurun şərtlərini hazırlaya bilərik. Zira ki, birbaşa ruhiyyə və xasiyyətlərdə dəyişikliyə nail olmaq olmaz. Bu tədricən baş verən bir məsələ olacaqdır.

 

Bu məsələyə daxil olmamışdan qabaq iki məsələ kitabda açılır. Birincisi, İmam Mehdi (ə) Quran baxımından, habelə Peygəmbər və məsum imamların baxımından.

Kitabın ikinci bölümündə isə “Vədə verilənin mövlud” başlıgı ilə İmam Mehdi (ə) - ın dogumu, soy kökü, ləqəbləri araşdırılır. Müxtəlif dinlərdə məhdəviyyət inancı müxtəsər və xilasə şəkilində araşdırılır.

 

Kitabın əsas hissəsi onun üçüncü bölümündən ibarətdir. Burada zühur dövründə Həzrəti Mehdi (ə) - ın həyata keçiriləcəyi müxtəlif konsepsiyalar araşdırılır.

 

İctimai ədalət, iqtisadi rifah, bərabərlik, elm və mədəni yüksəliş, yüksək həyat tərzi, aşagı təbəqə və xalq kütlələrinin hakimiyyəti, ümumdünyəvi dövlət və İmam Mehdi (ə) - ın yaşayış və həyat tərzi araşdırılaraq oxucuya çatdırılır.

 

http://shabestan.ir/detail/News/638608

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده